Qafqazdan Mərkəzi Asiyaya möhtəşəm dostluq körpüsü

post-img

Bu yol Azərbaycan və Özbəkistanı “Sovet müttəfiqliyi”ndən Türk birliyinə qovuşdurub

Azərbaycan və özbək xalqları arasında dostluq və qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir. Keçmiş sovetlər birliyinin tərkibində müttəfiq respublikalar olan Azərbaycan və Özbəkistan tarixi müstəqilliklərinə qovuşduqdan sonra ikitərəfli əlaqələr dostluq, qardaşlıq və strateji müttəfiqlik müstəvisində inkişaf etməyə başlayıb. Xatırladaq ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin əsası 28 il əvvəl qoyulub. 

Ötən əsrin 90-cı illərinin ortaların­dan başlayaraq Azərbaycan Prezidenti Heydər Əliyev və Özbəkistan lideri İslam Kərimovun qarşlıqlı səfərləri münasibətlə­rin inkişafına xüsusi təkan verib. Hazırda Azərbaycan keçmiş sovet müttəfiqi və in­diki strateji tərəfdaşı olan dost və qardaş Özbəkistanla qarşılıqlı fəaliyyətdə, elə­cə də bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edir. Məhz bunun nəti­cəsidir ki, indi ölkələrimiz arasında müna­sibətlər özünün ən yüksək inkişaf səviyyə­sinə gəlib çatıb. Son illər isə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri ölkələrimiz arasında münasi­bətlərin möhkəmləndirilməsinə yeni bir dinamizm gətirib. Həmin səfərlər çərçivə­sində dövlət başçılarının dostluq və qar­şılıqlı etimad şəraitində keçən görüşləri ölkələrimiz arasında ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi münasibətlərin inkişafı, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat və energetika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaradıb. 

Eyni zamanda, Azərbaycan Res­publikası ilə Özbəkistan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müş­tərək hökumətlərarası komissiyanın fəa­liyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə ve­rir. Yeri gəlmişkən, 2022-ci ildə Azərbay­canla Özbəkistan arasında ticarət dövriy­yəsinin həcmi 183 milyon 308 min dollar təşkil edib. Bu, mövcud reallığı əks etdir­məsə də, yaxın illərdə idxal-ixrac əməliy­yatlarının artması şəksizdir. 

Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyən Özbəkistan dəfələr­lə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövləti­mizin ərazi bütövlüyü ilə bağlı mövqeyini qətiyyətlə müdafiə edib. Sevindirici haldır ki, bu gün qardaş Özbəkistan işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işlərində fəal iştirak edir. Bu baxımdan Özbəkistan Respub­likasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayo­nunda bu ölkənin vəsaiti hesabına inşa olunmuş məktəb qardaş özbək xalqının hədiyyəsi kimi dəyərləndirilə bilər. 

Avqustun 22-də Özbəkistan Respub­likasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri isə ölkələrimiz ara­sındakı münasibətlərin daha da möh­kəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, səfər çərçivəsində Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyevin Özbəkis­tan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib. Hər iki görüş zamanı iki ölkə arasında qarşılıqlı əlaqələrin möh­kəmlənməsi istiqamətində əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilib, eləcə də bütün sahələrdə–beynəlxalq platforma­larda birgə fəaliyyətdən, beynəlxalq təş­kilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsindən başla­yaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət və digər məsələlərədək münasibətlərin gələcək inkişaf yolları müzakirə edilib. 

Son vaxtlar Azərbaycanla Özbə­kistan arasında dövlətlərarası münasi­bətlərin ən yüksək səviyyəyə çatdığı­nı vurğulayan Prezident İlham Əliyev ötən müddətdə bir çox istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq üçün ciddi baza ya­radıldığını bildirib. Dövlətimizin başçısı ötən ay keçirilmiş hökumətlərarası ko­missiyanın iclasının, xüsusən də iki ölkə rəhbəri arasında təmasların, Azərbay­canda, Özbəkistanda və digər yerlərdə keçirilən mütəmadi görüşlərin, həmçinin dövlət strukturları nümayəndələrinin sıx qarşılıqlı fəaliyyətinin əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Prezident İlham Əliyev beynəlxalq plat­formalarda, eləcə də energetika, nəqliy­yat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə indiyədək görülmüş işləri yüksək dəyərləndirib. 

Özbəkistan Prezidenti Şavkat Mirzi­yoyev isə son 3-4 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ölkələ­rimiz arasında münasibətlərin həm qar­şılıqlı fəaliyyətdə, həm də beynəlxalq müstəvidə yüksək səviyyəyə çatdırıldı­ğını bildirib. Özbəkistanın dövlət başçısı Azərbaycanla strateji tərəfdaşlığın dərin­ləşdirilmiş vektorunun öz real bəhrələrini verdiyini vurğulayaraq bunun xalqları­mız tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azər­baycan və Özbəkistan siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, me­tallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə uğurla əməkdaşlıq edirlər. 

Xatırladaq ki, prezidentlərin geniş tər­kibdə görüşü başa çatdıqdan sonra Azər­baycanla Özbəkistan arasında bir sıra mühüm sənədlər imzalanıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublika­sının Prezidenti Şavkat Mirziyoyevin im­zaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlət­lərarası Şurasının yaradılması haqqında Müqavilə” xüsusi qeyd edilməlidir. Bundan əlavə, iki ölkənin hökumət nümayəndələri qarşılıqlı münasibətlərin, o cümlədən iq­tisadi əlaqələrin daha da möhkəmləndi­rilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən bir sıra mühüm sənədlərə imza atıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mir­ziyoyevin mətbuata bəyanatlarla çıxış­ları zamanı səsləndirdikləri fikirlər isə ölkələrimiz arasında münasibətlərin dostluq və qarşılıqlı etimada əsaslan­dığını bir daha təsdiqləyib. Prezident İlham Əliyev Bakıda Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilənin imzalanmasını ölkələrimiz arasında mü­nasibətlərin yüksək səviyyəsinin və qar­daşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Dövlətimizin başçısı ötən ay Şuşada keçirilmiş Hökumətlərarası Komissiyanın növbəti iclasında qarşılıqlı əlaqə məsələlərinin bütün spektrinin ət­raflı şəkildə təhlil edildiyini xatırladaraq enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq üçün yaxşı imkanların oldu­ğunu diqqətə çatdırıb. 

Azərbaycan və Özbəkistan ictimaiy­yətinin bugünkü danışıqların bəhrəsini yaxın vaxtlarda görəcəyini vurğulayan Prezident İlham Əliyev bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılan Birgə İnvestisiya Fondunun bu məbləği çox sürətlə sərf edəcəyini və onun artırılmasına zərurət yaranacağına əminliyini ifadə edib.

Prezident Şavkat Mirziyoyev isə mətbuata bəyanatında Azərbaycanın Özbəkistan üçün münasibətlərin tama­milə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biri olduğunu vurğulayaraq iki yaxın xalq, iki yaxın ölkə olaraq şəxsi münasibətlərin əlaqələri tamamilə yeni mərhələyə yüksəltdiyini diqqətə çatdırıb. Özbəkistanda Azərbaycanın beynəlxalq arenada nüfuzunu, ümumilikdə, son illər ərzində bütün sahələrdə uğurlarının izlə­nildiyini və bununla qürur duyulduğunu diqqətə çatdıran Şavkat Mirziyoyev mü­nasibətlərin fərqli səviyyəsini, sənayenin lokallaşdırılmasının, nəqliyyat logistika­sının müxtəlif səviyyələrini təmin etmək üçün ortada çox ciddi layihələrin olduğu­nu bildirib. Özbəkistan iqtisadiyyatında nəqliyyat sahəsinin çox ciddi komponent olduğunu söyləyən dövlət başçısı inkişaf istiqamətini ən yaxın ölkə olan Azərbay­canla müəyyən etdiklərini yeganə düz­gün qərar kimi dəyərləndirib. Prezident Şavkat Mirziyoyev daha sonra bildirib ki, razılaşdırılan bütün məsələlər yerinə ye­tirilsə, həm Özbəkistan, həm də Azərbay­can iqtisadiyyatları üçün uğurlu olacaq.

Özbəkistan Prezidenti, həmçinin Ali Dövlətlərarası Şurasını ən yüksək eti­mad səviyyəsi və razılığa gəlinən həmin strateji istiqamətlərin ən yüksək səviyyə­də davamı kimi dəyərləndirərək müəy­yən vaxtdan sonra ölkələrimizin bütün istiqamətlərdə keyfiyyətcə tamamilə yeni səviyyəyə çıxacaqlarına əminliyini bildi­rib.

M. YAQUBZADƏ, “Xalq qəzeti”

Siyasət