Azərbaycan İrana başsağlığı verdi

post-img

Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Bu barədə XİN-in “X” (tviter) hesabında paylaşım edilib. 

“İranın Şiraz şəhərində günahsız insanların ölümünə səbəb olan terror aktını şiddətlə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Bu hücumda həlak olan şəxslərin ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, avqustun 13-ü İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində terror aktı törədilib. Hadisə zamanı 4 nəfər ölüb.

Siyasət