Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı monotamaşa ilə festivala yollandı

post-img

Gənc Tamaşaçılar Teatrı 14-20 avqust 2023-cü ildə Rusiyanın Vladimir şəhərində keçiriləcək III "Teatr. Birlik Məkanı" beynəlxalq teatr festıvalında "Kontrabas" adlı monotamaşa ilə çıxış edəcək. 

Alman yazıçısı Patrik Zuskindin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Əməkdar artisti Şövqü Hüseynov ifa edəcək.

Ensiklopedik biliklərə malik qəhrəman həyatda çox sadə mövqe sahibidir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi kontrabasdır.



Mədəniyyət