Moreno Okampo cəfəngiyyatı, yaxud Paşinyan-Kardaşyan “dueti”nin zay məhsulu

post-img

Ermənistan hakimiyyəti Qarabağda “erməni soyqırımı” yalanını hüquqiləşdirməyə girişib

Görünür, Ermənistanın “Mat Terezası”, erməni mənşəli amerikalı pornoulduz Kim Kardaşyanın müştərilərindən biri də Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampodur. Axı, beynəlxalq hüquq sahəsində aparıcı ekspert olduğu deyilən bir şəxs nəyə görə “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı cəfəng hesabat hazırlamağa vaxt tapsın? 

Əslində, Kim Kardaşyanın dünya­da Okampodan daha çox tanındığı məlumdur. Hər halda, birinci ikincinin sarsaqlığını özünün sosial şəbəkə he­sabında paylaşmasaydı, belə bir şəxsin mövcudluğunu, onun beynəlxalq hüquq üzrə çalışdığını, üstəlik, aparıcı eks­pert olduğunu bilməyəcəkdik. Necə dü­şünək? Fikirləşək ki, Kardaşyan “qədim peşə”sinə Okamponun öz sahəsinə sərf etdiyi əməkdən daha çox zəhmət çəkir? 

Amma belə düşünməyək. Elə zənn edək ki, əslən Argentinadan olan, paytaxt Buenes-Ayresdə doğulmuş, ölkəsində hüquq təhsili almış ekspert, həqiqətən, öz işinin bilicisidir. 1952-ci il təvəllüdlü Okamponun yaşca Kardaş­yandan 28 il böyüklüyünü nəzərə alsaq, birincinin ikincinin deyil, ikincinin birinci­nin “müştərisi” olduğu ilə də razılaşaq. Nə etmək olar, müasir erməniliyi sim­volizə edən Kardaşyanın adı çəkiləndə ağla ancaq pis-pis fikirlər gəlir...

***

Daha bir məqam da var. Okampo­nun hesabatını Los-Ancelesdəki Kali­forniya Universitetinin klinik professoru Erik İsraelyan paylaşıb. Yəni əslində, Kardaşyan, bilavasitə Luis Morenonun deyil, İsraelyanın sosial şəbəkə postu­nu bölüşüb.

O İsraelyanın ki, Berkli şəhərinin Ka­liforniya Universitetində təhsil görüb və hazırda ABŞ-dakı Ümumerməni Xeyriy­yə İttifaqının (AGBU) mərkəzi şurasında yer alır. Onun erməni irsinin qorunması istiqamətində çalışdığı da məlumdur. Ən əsası isə İsraelyan Kardaşyanlar ailəsinə mənsub Robert Kardaşyanla birgə Kaliforniya Universitetində sağlam qida mərkəzinin açılışı layihəsi üzərində işləyib. 

Deməli, Okampo cəfəng hesabatını, məhz Kardaşyan-İsraelyan “dueti”nin sifarişi əsasında hazırlayıb. Yəni, Qa­rabağ erməniləri ilə bağlı hazırda cərə­yan edən proseslərə bu ikilinin istəyi ilə, belə demək mümkünsə, hüquqi rəy ve­rib və bu qənaətə gəlib ki, Azərbaycanın Laçın yolu üzərində nəzarət tətbiqinə dair tədbirləri, guya, “erməni soyqırımı”­dır. Bəs, nəyə görə sifariş ritorikasından söz açırıq? Nə üçün ağlımıza məhz bu gəlir? Cavab Okamponun tərcüme­yi-halındadır.

***

Deməli belə. Luis Moreno Okampo, kifayət qədər qalmaqallı hüquqşünasdır. 2017-ci ildə Fransanın rəqəmsal “Medi­apart” nəşri naməlum mənbələrdən Mo­renonun bütün elektron poçt yazışma­larının surətini əldə etməyə müvəffəq olmuşdu. Almaniyanın “Der Spiegel” nəşri isə bu materiallar əsasında müəy­yənləşdirmişdi ki, ekspert 2003-cü ildən bəri Argentinada vergi vermir. 

Məsələ burasındadır ki, alman nəşri Moreno Okamponun ofşorlarda hesab və kampaniyalarının olduğunu üzə çıxarmışdı. Onun özü də həmin qeyri-leqal zonalarda “işlədiyini” etiraf etmək məcburiyyətində qalmış və de­mişdi ki, Argentinada yaşamadığı üçün vergi ödəmir. Bu da tanınmış hüquqşü­nas. Daha doğrusu, hüquqi dələduz­luq.

Elə sözügedən tədqiqat əsasında Avropanın jurnalist şəbəkəsi olan EIC xəbər vermişdi ki, Moreno Okamponun Hasan Tatanaki adlı müştərisi olub. Ta­tanaki liviyalı maqnat idi və ölkəsindəki hərbi cinayətlərdə ittiham edilirdi. Necə alındısa, Beynəlxalq Cinayət Məh­kəməsi heç vaxt maqnatı qeyri-insani əməllərdə şübhəli bilmədi. Əlbəttə, bu, Moreno Okamponun 2012-ci ilədək ça­lışdığı qurumdakı baş prokuror “fəaliy­yətinin” nəticəsi idi və jurnalist şəbəkəsi də məhz mövcud məqamı vurğulamış­dı. 

Qaranlıq hüquqi fəaliyyətdə ad çıxarmış Luis Moreno Okamponun daha bir kriminal dələduzluğunu isə “Sunday Times” nəşri üzə çıxarmışdı. Nəşr müəyyənləşdirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindən çıxan elektron məktublarda Moreno məhşur kino uldu­zu Ancelina Coli və çox güman, onun o zamankı həyat yoldaşı, tanınmış aktyor Bret Pittin köməyi ilə uqandalı hərbi rəhbər Cozef Konini nahara dəvət et­mək istəmişdi. Məqsədin həmin əsna­da ikincinin həbsi olduğu bildirilsə də, Okamponun uqandalı ilə gizli danışıq aparmaq istəməsinə dair şübhələr də dolaşmaqdadır. 

***

Ümumən, Okampo karyerası ərzin­də dünyanın ayrı-ayrı yerlərində baş vermiş hadisələrin “soyqırımı” cinayə­ti kimi qiymətləndirilməsi üzrə çalışan şəxs olaraq ad çıxarıb. Onun fəaliyyə­tinin müxtəlif oliqarx kriminal dairələrlə iç-içə olduğu təsəvvürü formalaşır ki, bu təsəvvür çərçivəsindəki epizodlardan yuxarıda söz açdıq. Hazırda Okampo eyni fəaliyyətini hüquq şirkətlərində da­vam etdirir və daha çox müxtəlif olay­ların Beynəlxalq Cinayət Məhkəməsi müstəvisinə çıxarılmasını həyata ke­çirir. Əlbəttə, işini təmənnasız görmür. Təmənna predmeti olan maliyyə isə Kardaşyan-İsraelyan “birliyin”də nə qə­dər lazımdırsa, o qədər də var... 

İsraelyandan söz düşmüşkən, onu da bildirək ki, erməni əsilli amerika­lı professor 2019-cu ildə Ermənistan baş naziri Nikol Paşinyanın başlatdığı ümumerməni çağırışına qoşulduğunu bəyan etmişdi. Bu çağırışın “yeni əra­zilər naminə yeni müharibə” kimi yara­maz şüarlar doğurduğunu, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının verilməsi ilə aktuallaşdığını yaxşı bilirik. Onu da bilirik ki, Paşinyanın start verdi­yi “erməni qladiatorluğu” 2020-ci ilin 44 günlük müharibəsi nəticəsində əzildi və acınacaqlı aqibət yaşadı. 

***

Yeri gəlmişkən, bildirək ki, erməni avantürizmində Paşinyan-Kardaşyan “dueti” fəal rol oynayır. Professor İsra­elyanın həmin fəallığın üçüncü qütbün­də dayandığını söyləyə bilərik. Deməli, belə qənaətə gəlmək olar ki, Luis Mo­reno Okamponun hazırladığı “hesabat” Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyəti erməni yalanları ilə doldur­maq niyyətinin növbəti zay məhsuludur. Söhbət ki, zay məhsuldan düşdü, “Mat Tereza” Kardaşyanın sosial şəbəkə he­sabındakı paylaşımına diqqət yetirək. Bəli, bildirdik ki, Kardaşyan İsraelyanın fikirlərini bölüşüb. Həmin fikirlərdə isə eyni zamanda, Azərbaycan hökuməti­nin regionu xristian ermənilərdən təmiz­ləmək üçün neft və qaz rıçaqlarından istifadə etdiyinə dair sərsəm ideyalar yer alıb. 

Göründüyü kimi, erməni avantürizmi Qarabağ erməniləri ilə bağlı məsələyə dini zəmin qazandırmaq kimi təhlükəli gedişə əl atıb. Bu gedişin bir neçə gün öncə Laçın yoluna doğru İrəvandan yürüş gerçəkləşdirən “Xaçlılar” hərə­katı timsalındakı bir “nümunəsindən” ötən sayımızda söz açmışdıq. Hazırda Kardaşyanın yadına xristianlıq düşüb. Necə deyərlər, o, indi də əlinə xaç alıb düşüb ortaya...

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət