Ermənistan hərbi cinayətkarın əməllərinə haqq qazandırmağa çalışır

post-img

Ermənistanın ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə dövlət səviyyəsində haqq qazandırmağa çalışır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter“ paylaşımında bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, ha­zırda Ermənistanın bir sıra rəsmi, ictimai, media qurumları 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xa­çatryanın saxlanmasına “etiraz etmək­lə” hərbi cinayətlərə dövlət səviyyəsində dəstək verir və onların bu fəaliyyəti ci­nayətkarın əməllərinə haqq qazandır­maqdan başqa bir şey deyil.

Həmçinin əlavə olunub ki, Xaçatryan BQXK-nın xətti ilə tibbi evakuasiyadan istifadə edərək Qarabağdan qaçmağa çalışıb.

“Xalq qəzeti”

Siyasət