Əli Əsədov Bakı Gəmiqayırma Zavodunda olub

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 29-da Bakı Gəmiqayırma Zavodunda olub.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, Baş nazir zavodda görülmüş işlər, bugünədək icra edilmiş və potensial layihələrlə tanış olub. 

Tanışlıq zamanı iqtisadiyyat naziri Mi­kayıl Cabbarovun, “Azərbaycan İnvesti­siya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurovun və Bakı Gəmiqayırma Zavo­dunun İdarə Heyətinin sədri Elşad Nuri­yevin iştirakı ilə müşavirə keçirilib. 

Müşavirədə zavodun fəaliyyəti, həm­çinin onun istehsal gücünün artırılması planları ilə bağlı təqdimatlar edilib, ölkə­mizin nəqliyyat-tranzit potensialının art­ması fonunda müəssisənin işinin daha səmərəli şəkildə qurulmasının, onun fəa­liyyətinin kommersiya səmərəliliyinin artı­rılmasının zəruriliyi vurğulanıb. 

Eyni zamanda, zavodun dayanıqlı və istehsal gücündən tam istifadə edilmə­si üçün maliyyələşmə mexanizminin və uzun müddətli kreditlərin cəlb olunması, müəssisənin istehsal gücünün artırılması üçün yeni qapalı sahələrin yaradılması, həmçinin bərpaolunan enerji istehsalı üçün zavodun texniki imkanlarının geniş­ləndirilməsi məsələləri müzakirə edilib.

Zavodun potensialının artırılması, istehsalat işlərinin genişləndirilməsi ilə bağlı konkret təkliflərin təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinə tapşırıq ve­rilib.

Daha sonra zavodun ərazisində fəh­lələrlə görüş olub.

“Xalq qəzeti”

Son xəbərlər