DSX hərbi hissələrində andiçmə mərasimi

post-img

Dünən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olduqları dövrün ölkəmizin Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf etdiyini, Prezi­dent, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildi­riblər.

Vətənə, dövlətə, xalqa və dövlətçiliyə sədaqət andı içərək müqəddəs dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyə­tini üzərinə götürən gənc əsgərlər hərbi anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildi­rib, övladlarını təbrik edərək Vətən sər­hədlərinin keşiyində ayıq-sayıq dayan­mağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

“Xalq qəzeti”

Son xəbərlər