“Laçın” təyyarəsinin sınaq uçuşları keçirilib

post-img

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir. Plana uyğun olaraq, Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsi “Türk Aviasiya və Kosmik Sənaye Şirkəti” (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmə­tindən bildiriblər ki, “Laçın” layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə verilən Su-25ML (modernizə edilmiş “Laçın”) təyyarəsinin sınaq uçuşları keçirilib.

Təyyarəyə yeni quraşdırılmış Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin testləri yekunlaşıb və ümumilikdə gö­rülən işlər hərbi mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, İstanbulda “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sər­gisi çərçivəsində iyulun 26-da Azərbay­can Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında “Su-25 modernləşdirmə layihə­si (“Laçın”) müqaviləsinin imzalanma mə­rasimi” keçirilib.

“Xalq qəzeti”

Son xəbərlər