Müdafiə Nazirliyində xidməti müşavirə

post-img

İyulun 29-da müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə Azərbaycan–Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib.

Nazir, Azərbaycanın hava məkanın­dan istifadə etməklə uçuşlar yerinə ye­tirən yerli və xarici aviaşirkətlərin sərni­şin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni si­lahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizli­yinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.

Müşavirədə yeni tədris dövrü ərzində qoşunların döyüş hazırlığı və hərtərəfli təminatı, xüsusilə qışa hazırlıq məsələlə­ri müzakirə edilib, qarşıda duran bir sıra tapşırıqlar aidiyyəti üzrə qoşun növü ko­mandanlarına çatdırılıb.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydala­rına ciddi riayət edilməsi və yanğın əley­hinə zəruri tədbirlərin görülməsinin əhə­miyyəti qeyd olunub.

Daha sonra ölkədə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı orduda keçirilən tədbirlər barədə məruzələr dinlənilib, bu istiqamətdə fəaliyyətlərin davam etdiril­məsi barədə aidiyyəti üzrə vəzifəli şəxs­lərə göstərişlər verilib.

Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis tə­minatı tədbirlərinin plana uyğun davam etdirilməsinə xüsusi diqqət yetirilməsi tapşırılıb.

Sonda general-polkovnik Z.Həsə­nov İstanbulda keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiy­yətini qeyd edərək, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Laçın") hücum təyyarəsinin atəş imkan­larının öyrənilməsi və döyüş tapşırıqla­rının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.

“Xalq qəzeti”

Son xəbərlər