Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatı yaradıldı

post-img

İyulun 29-da Şuşa şəhərində Türk Dövlətlərin Həmkarlar İttifaqlarının birgə yığıncağı keçirilib.

Türk Dövlətlərinin Həmkarlar İttifaqları arasında münasibətlərin yüksələn xətlə inki­şaf etdiyini deyən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Türk ölkələri­nin həmkarlar ittifaqlarının təşkilatlanmasının əhəmiyyətindən söz açıb.

TÜRK-İŞ-in sədri Ergün Atalay bildirib: Ölkələrimizin həmkarlar ittifaqları səviy­yəsində də əlaqələrimizi daha da genişləndirmək, əmək hüquqlarının qorunması is­tiqamətində səylərimizi birləşdirmək qarşımızda duran əsas vəzifələrdir”.

Sonra Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Omor Arstanbekov və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini Bəxtiyar Məhmətəliyev çıxışlar edərək Türk dövlətləri arasında münasibətlərin bütün sahələrdə dinamik inkişa­fından, o cümlədən həmkarlar ittifaqları arasında mövcud olan əlaqələrdən danışıblar.

Ardınca Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının (TDHİT) yaradılması haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, TDHİT-nin yaradılmasında məqsəd işçilərin mənafeyinin və əmək hüquqlarının, həmkarlar ittifaqı hüquqlarının və fəaliyyət azadlığının, onun cəmiyyətdə yeri və rolunun səmərəli müdafiəsi üçün səyləri birləşdirməkdir.

“Xalq qəzeti”

Son xəbərlər