Rəcəb Tayyib Ərdoğan: “Kaan” döyüş təyyarəsi ilə bağlı qardaş Azərbaycanla layihə otaqlığımız həmrəyliyin bir nişanəsidir

post-img

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara “TGG Anadolu”nun daha bir yüksək seqmentini hazırlayacaq və artıq əvvəlcədən yeni sifarişlər almağa başlayıb. O vurğulayıb: “Milli döyüş təyyarəsi olan “Kaan”la bağlı qardaş Azərbaycan ilə layihə ortaqlığına dair saziş imzalanıb. Bu, iki ölkə arasında həmrəyliyin bir nişanəsidir”.

Türkiyənin dövlət başçısı əlavə edib ki, ötən aylarda ilk uçuşunu edən HÜRRJET təyyarəsi 2025-ci ildə silahlı qüvvələrə təhvil veriləcək və Türkiyə müdafiə sənayesində tam müstəqillik hədəfinə çatmaq istiqamətində səylər davam etdiriləcək.

Siyasət