MN: Üç hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə yayılan məlumatlar əsassızdır

post-img

Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, nazirlik tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır.

“Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır. Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik”, - məlumatda qeyd edilib.

Sosial həyat