Ermənistan “humanitar fəlakət” şousuna son qoymalıdır

post-img

“Şantaj taktikası” çirkli diplomatik alət kimi keçərli deyil

Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə ölkəmizin digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyətə münasibət bildirib. Qurumun bununla bağlı dünən yaydığı açıqlamada deyilir: 

– Ermənistandan qovulmuş azərbay­canlıları birləşdirən və onların hüquq­larını müdafiə edən təşkilat kimi Qərbi Azərbaycan İcması Azərbaycanın Qa­rabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyası istiqamətində Azər­baycan hökumətinin səylərini alqış­layır. Azərbaycan inklüziv və tolerant cəmiyyət nümayiş etdirməklə barışıq və Ermənistandan qovulmuş azərbay­canlıların qayıdış hüquqlarının bərpası ilə bağlı müsbət nümunə yaradır. Ümid edirik ki, Ermənistan Azərbaycanın bu nümunəsini nəzərə alacaq və anlaş­ma, dialoq və Qərbi Azərbaycandakı öz yurd-yuvalarından zorla qovulmuş azər­baycanlıların təhlükəsiz repatriasiyası, bu ölkədə çoxmillətli cəmiyyətin bərpası istiqamətində addımlar atacaq.

Təəssüf ki, Ermənistan Azərbayca­nın bu xoşməramlı tədbirlərinə uyğun cavab addımları atmayıb. Ermənistan nəinki öz ərazisindən qovulmuş azər­baycanlıların geri qayıtmasına qətiyyət­lə əngəl törədir, həm də Azərbaycanda məskunlaşan ermənilər arasında se­paratizmi fəal şəkildə təşviq etməklə gərginliyi artırmaqda davam edir. Ermə­nistanın hərəkətləri, o cümlədən Azər­baycanın Qarabağ bölgəsində qanun­suz hərbi birləşmələrini saxlaması və Xankəndidəki qeyri-qanuni rejimə ma­liyyə dəstəyi yalnız vəziyyəti gərginləş­dirməyə və regional sabitliyi pozmağa xidmət edir. Bu hərəkətlər, arzuolunmaz siyasi şoular Azərbaycanın suverenli­yinə və ərazi bütövlüyünə, eləcə də Er­mənistandan qovulmuş azərbaycanlıla­rın fundamental hüquqlarına açıq-aşkar hörmətsizlikdir.

Açıqlamanın davamında Qərbi Azərbaycan İcmasının Ermənistanın və Xankəndidəki qeyri-qanuni rejimin ölkəmizin digər bölgələrindən Qarabağ ermənilərinə təchizatı əngəlləməklə və heç bir sərhəd və gömrük nəzarəti ol­madan Xankəndiyə eksklüziv təchizat marşrutları tələb etməklə süni humani­tar böhran yaratmaq cəhdlərindən ciddi narahatlıq ifadə olunur:

–Qərbi Azərbaycan İcması barışıq prosesinə mane olan, həmçinin sakinlə­rin həqiqi ehtiyaclarının siyasi məqsəd­lər üçün sui-istifadə olunduğu bu mani­pulyasiya xarakterli taktikaları qətiyyətlə pisləyir. Bundan əlavə, biz Avropa İtti­faqının (Aİ) bu məsələyə qarışmasına dərin təəssüfümüzü və qəti şəkildə na­razılığımızı ifadə edirik. Aİ missiyasının Azərbaycan hökumətinin razılığı olma­dan Azərbaycana daxil olmağa cəhd edən konvoyla yanaşı olması suverenlik və ərazi bütövlüyü prinsiplərinə xələl gə­tirir və Ermənistana yanlış siqnal ötürür.

Xatırlatmaq istərdik ki, Avropa İtti­faqının (Aİ) Ermənistandakı missiyası­nın mandatına Ermənistanın Azərbay­canın suverenliyini pozmağa yönəlmiş hərəkətlərində iştirak etmək daxil deyil. Vaxtilə azərbaycanlıların məskunlaşdıq­ları ərazilərdə yerləşdirilmiş missiyanın mandatı münaqişənin Ermənistandan zorla qovulmuş azərbaycanlılara təsirini qiymətləndirmək, onların təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına im­kan yaradan etimad tədbirlərini dəstək­ləməkdən ibarətdir. Əgər Aİ həqiqətən də insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına or­taq olmaq əvəzinə, bizim geri qayıtmaq hüququmuzu dəstəkləməlidir.

Biz Ermənistan hökumətindən Azər­baycanın ərazi bütövlüyü və suverenli­yinə qarşı qəsdini dərhal dayandırması­nı tələb edirik. Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısını almaq məqsədi daşıyan bədxah fəaliy­yətinə son qoymalı, “humanitar fəlakət” şousunu dayandırmalıdır. “Şantaj takti­kası” artıq çoxdan çirkli diplomatik alət kimi keçərli deyil.

“Xalq qəzeti”

Siyasət