İsveçin baş naziri Quranın yandırılmasından çox narahatdır

post-img

Avropada hüquq və əxlaq üz-üzə gəlir

İsveçin Baş naziri Ulf Kristersson bildirib ki, isveçlilərin növbəti dəfə Quranı yandırmaq qərarından son dərəcə narahatdır. O bunu TT İsveç İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Baş nazir deyib: “Quranı yandırmaq barədə son günlərdə hakimiyyət orqan­larına bir neçə dəfə müraciət edilib. Əgər onlar bunu etsələr biz təhlükəli riskə qar­şılaşacağıq. Mən bunun nəyə gətirib çıxa­racağından çox narahatam”.

Xatırladaq ki, müqəddəs kitabın yan­dırılması aksiyaları Stokholm və Kopen­hagendə yerli hakimiyyət orqanlarının icazəsi ilə həyata keçirilir. Və bu, liberal demokratiyanın iki sütunu olan söz azad­lığı və nümayiş hüququna uyğun gəldiyi ilə əsaslandırılır. 

Bununla belə, İslam dünyası hadisəni qəzəb və nifrərlə qarşılayıb. Onun yandırıl­masını “nifrət əsasında cinayət” adlandırıb və möminlərin Məhəmməd peyğəmbərə nazil olan Allahın kəlamının yer aldığı kita­ba “alçaq hücum” kimi qiymətləndirib. İraq, Livan, Əlcəzair və Misir öz narazılıqlarını bildirib və cavab olaraq diplomatik addım­lar atıblar. Keçən həftə izdiham Bağdadda İsveç səfirliyini yandırıb, bu da səfirliyin bağlanmasına səbəb olub.

Azərbaycan Xarici İşlər Nazirliyi də Quranın yandırılması aktına reaksiya ve­rib. "Biz Quranın yandırılması ilə bağlı çirkin hərəkəti qətiyyətlə qınayırıq. Haki­miyyəti cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısı­nı almağa çağırırıq". İslam Əməkdaşlıq Təşkilatı (İƏT) isə Quranın yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək. İyu­lun 31-də İƏT üzvü olan 57 ölkənin xarici işlər nazirləri virtual formatda fövqəladə iclasda iştirak edəcəklər. İclasda İsveç və Danimarkada Quranın yandırılması mü­zakirə olunacaq.

İslam dünyasının reaksiyası ilə bağlı Borrell verdiyi açıqlamada hadisələrin "bir çox müsəlmanı incitdiyini" etiraf edib və dini müxtəlifliyə hörmətin Avropa İttiaqının əsas dəyərlərindən biri olduğunu söyləyib.

Avropa İttifaqı rəsmisi bildirib: “Biz həm xaricdə, həm də daxildə din, inanc və ifadə azadlığını müdafiə edirik. Lakin qa­nuni olan hər şey etik deyil. İndi qarşılıqlı anlaşma və hörmət üçün bir araya gəlmə­yin vaxtıdır. Fərdi təxribatçılar tərəfindən bu cür hərəkətlər, ancaq bizi ayırmaq, cəmiyyətlərimizi parçalamaq istəyənlərin xeyrinədir”.

Oxşar açıqlamalar artıq Avropa İttifaqı ölkələrindən, o cümlədən İsveç və Dani­markadan da eşidilib. Bununla belə, söz azadlığı ilə dinə hörmətin necə balans­laşdırılması sualı hələ də qəti cavabını gözləyir. Bu, BMT-nin İnsan Hüquqları Şurasının qətnaməsinin müzakirəsində də özünü göstərib. Bu ayın əvvəlində Al­maniya, Fransa, Belçika, Finlandiya, Bö­yük Britaniya və ABŞ da daxil olmaqla 11 Qərb ölkəsi BMT-nin İnsan Hüquqları Şu­rasının ölkələri “ayrı-seçkiliyə təhrik edən hərəkətlərə və dini nifrət təbliğatına qarşı mübarizəyə çağıran qətnaməsi”nin əley­hinə səs verib. Qərb koalisiyası bu qət­namənin onların insan hüquqları və söz azadlığı anlayışına zidd olduğunu bildirib. Meksika, Paraqvay və Çili kimi Latın Ame­rikası ölkələri bitərəf qalıb, Şura üzvləri­nin əksəriyyəti, xüsusilə Pakistan, Qətər, Mərakeş, Çin, Cənubi Afrika, Vyetnam və Ukrayna lehinə olub.

Fransa səfiri Jerom Bonnafon isə de­yib: “Nə BMT, nə də ayrı-ayrı dövlətlər nəyin müqəddəs olduğunu müəyyən et­məməlidir”. Yeganə qeyri-Qərb ölkəsi olan Kosta Rika təmsilçisi "dinlərin tənqidinin hər hansı ifadəsi özlüyündə zorakılıq və ayrı-seçkiliyə təhrik etmədiyini", söyləyib.

Bunlar göstərir ki, vaxtında ciddi tədbir görülməsə, müqəddəs kitabla bağlı təxri­batlar davam edəcək.

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”

Dünya