Ayxan Hacızadə Paşinyana cavab verib

post-img

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən malların guya “həyati vacib ərzaq məhsulları” olması ilə bağlı tvitinə cavab verib.

Bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi “Twitter” səhifəsində yazıb.

“Bu, erməni tərəfinin sırf təxribatı və manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”.

Siyasət