Qlobal Şuşa Forumunda mediada investisiya və istehlak tendensiyaları məsələləri müzakirə edilir

post-img

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumunun ikinci gününün növbəti sessiyası “Mediada investisiya və istehlak tendensiyaları” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, xəbər aparıcısı Caffar Hasnainin moderatorluğu ilə keçirilən sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması məsələləri nəzərdən keçiriləcək.

Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Siyasət