XİN rəhbərləri arasında telefon danışığı

post-img

İyulun 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli müna­sibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbay­canla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətin­liklər müzakirə edilib. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət