Prezident İlham Əliyevin Şuşa mesajları dünya mediasında

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir. 

Prezident İlham Əliyevin Forumdakı çıxışı qar­daş Türkiyənin “TRTHaber”, “Takvim”, “Yeni Şa­fak”, “HaberGlobal”, “Milliyet, “Anadolu” agentliyi, “CNN Türk” və başqa telekanal, agentlik, qəzet və portallarında vurğulanıb ki, dünyada və regionda vəziyyətin dəyişməsinə, yaranan yeni reallıqlara toxunan Azərbaycan Prezidenti dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyənin bu məsələdə mühüm ro­lunu vurğulayıb, Ankaranın qarşıdakı illərdə daha çox qlobal nüfuz qazanacağını bildirib. 

Pakistanın rəsmi “Associated Press of Pakis­tan” agentliyi Prezident İlham Əliyevin Forumda çıxışından əsas məqamları dərc edib. Bildirilib ki, Azərbaycan rəhbəri forumda medianın insanların maarifləndirilməsində və problemlərin həllində mühüm vasitə olduğunu, ənənəvi media ilə ya­naşı, sosial medianın da informaisiya məkanında önəmli rolunu qeyd edib. 

ABŞ-nin “Associated Press” agentliyində ya­yımlanan “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlöv­həli məqalədə Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin mühüm mesajlarına, o cümlədən ölkəmizin yeni media sahəsində irəlilə­yişləri və Azərbaycanın regionda strateji əhəmiy­yəti ilə bağlı fikirlərinətoxunulub. 

ABŞ-ın “Newyorkinsider.net”, Fransanın “Fran­ce11”, Kubanın “Prensa-latina.cu”, Qırğızıstanın “AKİ Press”, eləcə də digər xarici KİV-lərdə də ya­yımlanan məqalələrdə Şuşa Qlobal Media Foru­munun əhəmiyyəti qeyd olunub, bu mötəbər təd­birin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb. 

Şuşa Qlobal Media Forumu Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyinin yaydığı, habelə “News.ru” və “Ria.ru” saytında yerləşdirilən xəbərlərdə Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Türkiyə ilə əlaqələrin daha da güclənəcəyi, Bakı­nın Qoşulmama Hərəkatına yeni nəfəs verməsi, Qarabağa yaxın üç ildə 150 min azərbaycanlının qayıdacağı, Ermənistanla sülh sazişinin bu ilin so­nuna qədər imzalanması ehtimalı barədə fikirləri yer alıb”. 

“Belarus seqodnya” nəşrində qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Rusiya-Azərbaycan münasibətləri barədə fikirlər də yer alıb. O, Moskva ilə münasibətlərin strate­ji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib. 

Albaniya Teleqraf Agentliyinin yaydığı xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əli­yev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Türkiyənin İkin­ci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətlə­ri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. 

İspaniyanın “El Periodista” nəşrində dərc olu­nan xəbərdə də Azərbaycan Prezidenti İlham Əli­yevin Forumdakı önəmli mesajları yer alıb. Mate­rialda dövlətimizin başçısının dünyada və Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Qara­bağda son vəziyyət və bu regionda yaşayan ermə­ni azlığı ilə bağlı fikirləri, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və azərbay­canlıların öz torpaqlarına qayıtması barədə fikirləri yer alıb. 

“Xalq qəzeti”









Son xəbərlər