Ermənistanın ekoloji cinayətləri sərhəd tanımır

post-img

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təş­kilatları tərəfindən beynəlxalq ic­timaiyyətə və BMT-yə Ermənistan Respublikasının dağ-mədən səna­yesinin fəaliyyəti nəticəsində ya­ranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yeti­rilməsi ilə bağlı müraciət ünvanla­nıb. 

Sübut və faktlara əsaslanan həmin müraciətdə Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları nəticəsində ekosistemin deqradasiyası ilə nəticələndiyi, bununla da yalnız Ermənistanın ətraf mühit üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yarandığı öz ifadəsini tapıb. Mü­raciətdə, həmçinin mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regi­onda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törə­dərək transsərhəd təsir göstərdiyi bildi­rilib. 

Ermənistanın ekoloji cinayətlərindən bəhs etməzdən əvvəl diqqəti bir məqa­ma yönəltmək istərdik. Belə ki, qəsbkar ölkənin silahlı qüvvələri tərəfindən Azər­baycanın istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsində respubli­kamızın mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, təhsil, sosial, mə­dəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, xüsusi raket sistemlərindən və qadağan olunan silah­lardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulub. Nəticədə, dinc əhali ara­sında çoxsaylı ölüm və yaralanma halları baş verib, yaşayış məntəqələrinə, tarixi və mədəni abidələrə, inzibati binalara, ictimai və digər sosial obyektlərə ciddi zi­yan dəyib. Ermənistanın hərbi təcavüzü nəticəsində ölən və yaralananlar arasın­da çox sayda uşaq və qadınlar da olub. 

Ermənistanın hərbi-siyasi rəhbərliyi 30 il ərzində Azərbaycana qarşı törətdi­yi təxribatlarla, vandal, barbar əməllər­lə terrorçu dövlət olduğunu təsdiqlədi. Vətən müharibəcindən əvvəl və savaş dövründə işğalçı ölkənin silahlı qüvvələri regionun ən böyük strateji layihəsi olan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı–Tbilisi–Ceyhan neft kəmərinin Yevlax rayonu ərazisindən keçən hissəsinə raket zərbələri endir­məkdən, Mingəçevir Su Elektrik stan­siyasını dağıtmağa cəhd göstərməkdən belə çəkinmədi. Lakin ordumuzun qətiy­yətli tədbirləri nəticəsində həmin terror hərəkətlərinin qarşısı uğurla alındı. 

Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən son­ra düşmən ölkədə açıqlanan məlumat­lardan aydın oldu ki, işğalçı respublika 30 ildən çox bir müddət ərzində Qara­bağ torpaqlarından kifayət qədər yük­sək həcmdə gəlir əldə edib. Təkcə bu bölgədə çıxarılan mis, qızıl, digər filizlər Ermənistanın emal zavodlarını xammalla təchiz edən əsas mənbələrdən biri olub.

Düşmən işğal etdiyi əraziləri tərk edərkən, böyük enerji potensialını–13 su elektrik stansiyasını məhv edib. Ermə­nistan işğal dövründə həmin su elektrik stansiyalarından böyük həcmdə enerji alıb. Ermənistanın İstehlakçı Konsaltinq Mərkəzinin rəhbəri Karen Çilingəryanın bildirdiyinə görə, təkcə Vətən müharibəsi başladığı il ərzində Qarabağdan Ermə­nistana 330 milyon kVt/saat elektrik ener­jisinin ötürülməsi nəzərdə tutulurmuş.

Açıqlanan məlumatlardan aydın olur ki, 2018-ci ildə Qarabağdan Ermənistana 17 milyon kVt/saat elektrik enerjisi ixrac olunub. Bundan bir il sonra isə bölgədəki SES-lərdə 475 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 85 milyon kVt/saatı Ermənistana ixrac olu­nub. Maraqlıdır ki, Ermənistan rəsmiləri­nin “ucuz” adlandırdığı bu enerjinin Qara­bağdan məhz neçəyə alındığı açıqlanmır. Eyni gizlilik Qarabağdan daşınan digər məhsullara – buğdadan tutmuş, üzümə, nara, mis və qızıl-gümüşə də aiddir. 

Bütün bunlarla bərabər, Qarabağdakı meşələr talan edilib, ermənilərin qanun­suz gəlir mənbəyinə çevrilib. Ermənistan mətbuatında gedən məlumata görə, o torpaqların böyük hissəsi kriminal rejimin başçıları tərəfindən zəbt olunub. Ermə­nistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyan tərəfindən həmin torpaq sahələrindən hər il böyük gəlir əldə edilib. 

Ermənistan işğal dövründə olduğu kimi, Vətən müharibəsindən ötən müd­dətdə də cinayətkar əməllərindən geri çəkilmir. Qafan dağ-mədən kompleksin­dən axıdılan ağır metal tullantıları illərdir ki, transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıdılır. 270 milyon kvad­ratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. 

Vəkil HÜSEYNOV,

iqtisadçı-ekspert

Bu gün Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvad­ratmetr ərazini əhatə edən Qutqum mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək mis-mo­libden kombinatının tərkibində ağır me­tallar olan mədən tullantıları Kərçivan­çay vasitəsilə Araz çayında çirklənmə problemini daha da ağırlaşdırır. 

Bundan başqa, ildə təxminən 10 min unsiya qızılın emal edildiyi Göyçə Daşdəm qızıl mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə sə­bəb olub və zəhərli çirkab suları yaxın­lıqdakı çayları, o cümlədən Bərgüşad, eləcə də transsərhəd Araz çaylarını çirkləndirib. 

Ermənistanın Lori bölgəsində Axta­la mədəni ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxın­lıqdakı Tona çayının çirklənməsinə sə­bəb olur. Yaxud, ildə təxminən 1,5 mil­yon ton filiz emal edən Qafan manqan zavodu Cənubi Qafqaz regionu üçün mühüm içməli su mənbəyi kimi istifa­də olunan Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Bu çirkləndiricilər müxtəlif sağlamlıq problemlərinə, o cümlədən tənəffüs problemləri, nevro­loji xəstəliklər və xərçəngə səbəb olur.

Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər metallurgiya zavo­du, ildə təqribən 100 min ton mis emal edən Göyçə misəritmə müəssisəsi iç­məli su mənbələrinin, havanın çirklən­məsinə və turşulu yağışların yaranma­sına gətirib çıxarır. . 

Bütün bunlar azmış kimi, Ermənis­tan Azərbaycan ilə sərhəddə–Araz­dəyən (Yerasx) adlı ərazidə nəhəng metallurgiya zavodunun tikintisinə başlayıb. Mütəxəssislər tərəfindən bü müəssisənin zəhərli kimyəvi tullantıla­rının yerli ekosistemə böyük potensial təsir göstərəcəyi bildirilir. İçməli su təchizatının bu cür çirklənməsi sərhəd­yanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır, həm Azərbay­cana, həm də Ermənistana təsir edən əhəmiyyətli ictimai səhiyyə böhranı ya­rada bilər.

Təəssüf ki, Ermənistanın bu ekoci­nayətləri beynəlxalq aləmdə də indiyə­dək susqunluqla qarşılanıb. Halbuki işğalçı dövlət heç bir ekoloji norma və standartlara sığmayan əməlləri ilə BMT Konvensiyalarını, o cümlədən bu ali təşkilatın Transsərhəd su axarları­nın və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası­nın müddəalarını pozur.

Xatırladım ki, 17 mart 1992-ci il tarixli həmin konvensiya ümumi su obyektlərin, beynəlxalq göllərin mü­hafizəsi və istifadəsinə yönəlib və sənəddə insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyi­şikliklər ətraf mühitə hər hansı mənfi təsir etdiyi zaman tərəflərin danışıqlar aparmaları qarşıya mühüm vəzifə kimi qoyulub. Göründüyü kimi, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla bu Konvensiyanın qaydaları­nı və prinsiplərini pozub.

V.BİNYATOĞLU, “Xalq qəzeti”



Siyasət