Ermənistan Varşavadan əliboş qayıtdı

post-img

Əvvəlcə, ermənilərin yardım almaq istədiyi fond barədə bəzi məqamları xatırladaq ki, İrəvan rəsmilərinin kimdənsə küsməyə və ya inciməyə haqqı olmadığı aydınlaşsın. 

Avropa İttifaqı və bu beynəlxalq təşkilatın nəzdində olan müxtəlif təsisatlar Rusiyanın perspektiv planlarını nəzərə alaraq,  NATO-nun Şərqə doğru genişləndirilməsini təşviq edir və bu istiqamətdə müxtəlif addımlar atırlar. Həmin addımlardan biri də təxminən iki il əvvəl atılmışdır. Belə ki, 2021-ci ildə Avropa İttifaqı  tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq məqsədilə  Avropa Sülh Fondu adlı təsisat yaradılmışdır. Oraya toplanan vəsait bilavasitə Rusiyanın təzyiqlərindən əziyyət çəkən ölkələrə “texniki yardım” adı ilə  verilir. 

Belə  yardımlar Ukrayna, Moldova və Gürcüstana verilmişdir. Çünki bu ölkələrin zorən müharibəyə cəlb edildiyini Avropada və dünyada bilməyən yoxdur. Xatırladaq ki, Ukraynaya ayrılan yardım sonradan bir neçə dəfə artırılmışdır. Çünki Ukrayna, sözün həqiqi mənasında, ədalətli müharibə aparır və öz ərazi bütövlüyünü bərpa etmək üçün kimdənsə maddi və ya texniki yardım istəməyə tam haqqı var. Avropa İttifaqının rəsmiləri  bu həqiqətləri məhz lazımınca qiymətləndirirlər. Burada qeyri-adi heç nə yoxdur. 

Ancaq son günlər bu istiqamətdə  qeyri-adi bir  faktla rastlaşdıq. Belə ki, ermənilər Avropa Sülh Fondunun Ermənistana texniki yardım göstərməkdən imtinası ətrafında riyakarcasına ajiotaj yaratdılar. Daha doğrusu, burada ajiotaj adlandırılacaq, anlaşılmayacaq heç nə yoxdur. İşğalçı, terrorçu, təxribatçı, qarətçi, bütün qonşularına qarşı ərazi iddialarından əl çəkməyən, dünyanın müxtəlif ölkələrində yüzlərlə terror törədərək,  iyrənc “nüfuz” qazanmış Ermənistanın Avropa Sülh Fondundan dəstək istəməsinin özü absurd  idi. Bu, sadəcə, dilənçilik əlamətidir ki,  kökü  də ermənilərin  genindən – qaraçılığından gəlir. 

Cənubi Qafqazda bu boyda vandallıqları törətmiş ermənilər həmin yardımı hansı üzlə istəyirlər? Məgər onlar Avropa rəsmilərinin bu şərəfsizliyə şərik olmayacaqlarını bilmirlərmi? Yaxud, ərazisinin 20 faizi otuz il məhz bu vəhşi tayfalar tərəfindən viranəyə çevrilmiş, yüzlərlə şəhəri, kəndi yer üzündən silinmiş Azərbaycanın bərpa və yenidənqurma prosesləri üçün kimdənsə yardım istəmədiyi halda, bu boyda cinayətləri törətmiş dövlət Sülh Fondundan  hansı məqsədlə yardım istəyir? Əgər Avropa İttifaqı həmin yardımı ayırsaydı, Ermənistan o vəsaitdən indi hansı ölkənin ərazisini işğal etmək üçün istifadə edəcəkdi? Suallar çoxdur və həmin sualların hamısının cavabı Avropada hamıya məlumdur. “Əski qitə”də hamı Emmanuel Makron kimi düşünmür axı!

Söhbət ondan gedir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan  Varşavada Polşa Prezidenti Anjey Duda ilə görüşdə bu yardımdan  imtina cavabı alıb. Ermənistan rəsmisi  Polşa Prezidentinə bildirib ki, onun  hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnikanın alınmasına kömək etmək üçün yaradılmış Avropa Sülh Fondundan  “texniki yardım” istəyib. Ancaq Avropa İttifaqı Ukrayna, Moldova və Gürcüstana belə yardım ayırsa da,  Ermənistanın yalvarışları rədd edilib. Maraqlıdır ki, bu imtinanın əsas səbəblərindən biri də  Aİ – Azərbaycan əməkdaşlığının mövcud səviyyəsidir. Daha maraqlı olan məqamlardan biri də odur ki, ermənilərin fikrincə, Avropa İttifaqının bu yardımdan imtina etməsinin əsas səbəb isə  məhz Ermənistanın KTMT üzvü olmasıdır. Əgər elədirsə, onda gedib KTMT-dən çıxsınlar. O dəqiqə texniki yardım “sel kimi” axacaq. 

Xatırladaq ki, Alen Simonyanın yalvarışlarından təxminən bir həftə əvvəl Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Jozep Borrell demişdi ki, Ukrayna müqavimət göstərməyə davam etməli, həmin ölkənin  ordusunun modernləşdirilməsini isə biz  davam etdirilməliyik. İnanmaq istərdik ki, ermənilər cənab Borrelin bu qənaətindən nəticə çıxaracaqlar. Amma, çətin ki, düzəlsinlər. Çünki onlar əsrlərdən bəri miflər, uydurmalar və illüziyalar əsasında yaşayırlar. 

 

İ. MİRZƏBƏYLİ,  
“Xalq qəzeti” 

 

Siyasət