“Sülhməramlı” maskası altında erməni təcavüzkarlığı

post-img

Bugünlərdə erməni media vasitələrində Rusiyanın Qarabağdakı sülhməramlılar arasında ermənilərin mövcud olmadığı, Azərbaycanın bununla bağlı səsləndirdiyi iddiaların əsassızlığı ilə bağlı yalanlar səslənməkdədir. Erməni mediası beynəlxalq ictimaiyyəti cidd-cəhdlə inandırmağa çalışır ki, sülhməramlılar arasında bir nəfər də olsun erməni yoxdur və Azərbaycanın bu barədə səsləndirdiyi fikirlər onların KTMT və separatçı quruma məxsus şevronları sülhməramlıların şevronu ilə “səhv salmasından” qaynaqlanır. İllər uzunu dayanmadan böhtan və yalan “istehsal edən” Ermənistan mediası sülhməramlılar arasında ermənilərin mövcudluğu faktını gizlətməyə, ölkəmizi dezinformasiya yaymaqda ittiham edir. Halbuki, Qarabağdakı Rusiya sülhməramlıları arasında ermənilərin mövcudluğu faktı zaman-zaman ermənilərin özləri tərəfindən də etiraf edilib, konkret faktlarla təsdiqlənib.

“Şuşa insidenti”, yaxud de-şifrə edilən “sülhməramlı” erməni faktı, sülhməramlılar arasında ermənilərin mövcudluğunu əks etdirən faktlar az deyil. Bunlardan da biri 12 dekabr 2022-ci il tarixində Şuşada baş verən insidentdir. Belə ki, o vaxt Ermənistanın ekoloji terror siyasətinə qarşı öz etirazını bildirən Azərbaycanın vətəndaş cəmiyyəti institutları sülhməramlılar arasında nümayişkəranə şəkildə erməni dilində danışan, öz milli kimliyini gizlətməyən erməni ilə qarşılaşmış, bu faktı ictimailəşdirmişdirlər. Azərbaycanın QHT təmsilçilərinin sərt təpgisi nəticəsində erməni hərbçisi gizlənməyə çalışsa da, etirazçılar tərəfindən ifşa edilmiş, mövcud fakt ölkə ictimaiyyətinin sərt tənqidinə səbəb olmuşdur. Etirazçılar haqlı olaraq bildirmişdilər ki, Rusiyada bu ölkənin vətəndaşı olan hər kəs kimi ermənilərin də ordu sıralarına cəlb edildiyi anlaşılan olsa da, onların Qarabağda xidmətə çağırılması yanlışdır. Çünki bu, sülhməramlı missiya üçün mütləq şərt olan bitərəfliyin pozulması deməkdir. Elə bu səbəbdən də sülhməramlılar arasında ermənilərin mövcudluğu bu gün də Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanan məsələlərdən biridir.

Volkov faktı inkar etməmişdir

Sülhməramlılar arasında ermənilərin olması faktını təsdiqləyən digər bir amil bu gerçəkliyin heç vaxt Rusiya sülhməramlılarının komandanlığı tərəfindən  təkzib edilməməsidir.  2022-ci ilin 12 dekabr insidentindən sonra da kontingentin o zamankı komandanı, general-mayor Andrey Volkov sülhməramlıların sırasında ermənilərin varlığı haqqında sadəcə susmuş, bu faktın mövcudluğunu inkar etməmişdir. Rusiya sülhməramlılarının komandanlığının sərgilədiyi səssizlik də sübut edir ki, Azərbaycanın iddiaları tamamilə əsaslıdır və təkzibedilməz faktlara söykənir.          

Onu da deyək ki, 12 dekabr Şuşa insidentində azərbaycanlı ekofəallar sülhməramlılar arasıda bir deyil, 3 erməni aşkarlamışdı ki, bu da sözügedən faktın ciddiliyindən xəbər verir. 

Ermənilər Qarabağda xidmətdən kənarlaşdırılmalıdır, yoxsa... 

Qarabağda xidmət edən sülhməramlıların arasında ermənilərin mövcudluğu, dünənki kimi, bu gün də narahatverici fakt olaraq qalmaqdadır. Əslində, hazırda Azərbaycanla Ermənistan arasındakı münasibətlərdəki mövcud gərginlik, ölkəmizə qarşı mina terrorunun, müxtəlif diversiya aktlarının davam etməsi erməni hərbçilərinin sülhməramlı missiyadan uzaqlaşdırılmasını zəruri edir. Erməni xislətinin təxribata son dərəcə meyilli olduğu, istənilən an istənilən avantüraya əl ata biləcəyi şübhəsizdir. Bu təxribatın sülh-
məramlı şevronu daşıyan hər hansı erməni tərəfindən həyata keçirilməsi, bütövlükdə, bütün sülhməramlıları Azərbaycan ictimaiyyətinin hədəfinə çevirə bilər ki, bu da çox böyük gərginliyin yaranması deməkdir. Odur ki, Rusiyanın Müdafiə Nazirliyi, eləcə də Qarabağdakı kontingentin komandanlığı sülhməramlılar arasındakı erməniləri dərhal bu missiyadan kənarlaşdırmalıdır. Bu, təxribat ehtimalını önəmli dərəcədə ortadan qaldırmaqla yanaşı, sülhmərmalılara, onların tərəfsizliyinə olan inamı da artıra bilər. Bu, missiyanın davamlılığı, etibarlılığı və uğuru baxımından da mühüm amildir.

Seymur ƏLİYEV

 

Siyasət