Paşinyan üçün “siyasi gilyotin”

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə parlament istintaq komissiyasının iclasında bildirdikləri ona qarşı kəskin reaksiyalar doğurub. Paşinyanın ən böyük tənqid hədəfi olan eks-prezidentlər – Robert Koçaryandan və Serj Sarkisyandan hələ bir münasibət olmasa da, Nikolun söylədikləri Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanı, həmçinin Rusiyanı bərk narahat edib. 

Birincinin mövqeyini hələlik kənara qo­yub, ikincinin nələrə toxunduğuna nəzər sa­laq. Ancaq əvvəlcə arayış verək ki, baş nazir sabiq XİN rəhbərinin adını onun Azərbay­candan qəsb edilmiş torpaqları vaxtilə “işğal olunmuş ərazilər” adlandırması kontekstində dilə gətirib. Rusiyanın isə 2020-ci il oktyab­rın 19-da atəşkəsə nail ola bilmədiyini vur­ğulayıb və bunu, bir növ, Moskvanın Bakı qarşısındakı acizliyi kimi dəyərləndirib. 

Ermənistanın keçmiş xarici işlər naziri V.Oskanyan bildirib ki, Nikol Paşinyan 44 günlük müharibə qurbanlarına və itkilərinə görə günahını hiss edəndə, məsuliyyətdən yayınmaq, vicdanını sakitləşdirmək instinkti­ni işə saldı: “Zaman keçdikcə və erməni xalqı itkilərin miqyasını, dərinliyini və nəticələri­ni düşünməyə başladıqca, Paşinyanın özünə haqq qazandırmaq cəhdləri bir o qədər tək­milləşdi və yeni çalarlar əlavə olundu”. 

...N.Paşinyan, heç şübhəsiz, özünü də müharibəyə görə günahlandırmalıdır. Hər halda, sarkisyanların, koçaryanların və os­kanyanların illərlə oynadıqları “oyunu” da puç etdi. Nəzərə alaq ki, ikincilər çeşidli manipulyasiyaları ilə Azərbaycanla danışıq­lar prosesini dalana dirəyir, ölkəmizin haqlı istəyinə maneə törədirdilər. Ümid edirdilər ki, Azərbaycanda yeni nəsil formalaşacaq və həmin nəsil Qarabağı, sadəcə, yaddan çıxara­caq. Bununla bağlı erməni beyin mərkəzləri bəlli strategiya da işləyib hazırlamışdılar. 

Lakin 2016-cı ilin “Aprel müharibəsi” sübut etdi ki, həmin vaxtın siyasi və sosio­loji yüklü erməni tərtibatının heç bir nəticəsi yoxdur. Əslində, o vaxtdan etibarən, Ermə­nistanın hakim dairələrində həmin ssenarinin iflasa uğradığına dair ilkin təsəvvürlər for­malaşmağa başladı. Bu təsəvvürlər tədricən erməni xalqının Qarabağ mövzusunda tükən­məsi reallığını da doğurdu. Nəticə etibarilə, xalq anti-Qarabağ təmayülünü gücləndirdi və münaqişənin əleyhdarı kimi görünən Paşin­yanı hakimiyyətə gətirdi. Daha dəqiq desək, Nikol iqtidara əhalinin məhz daxildəki Qara­bağ klanına antipatiyası zəminində yiyələndi. 

Ancaq Paşinyan baş nazir kürsüsündə əy­ləşər-əyləşməz, onu hakimiyyətə gətirən ten­densiyasını dəyişmək qərarına gəldi. “Qara­bağ Azərbaycandır– nöqtə” bəyanatı, Şuşada yallı rəqsi və şərabdan sərxoşluq isə əslində, həmin meyili dəyişməyə hesablanmış jestlə­rin tərkib hissəsi kimi diqqət çəkdi. Ardınca baş nazirin komandası tipik erməni xislətinə xas “yeni ərazilər uğrunda yeni müharibə!” şüarını uydurdu ki, bununla Nikolu haki­miyyətə gətirən böyük kəsimin anti-Qarabağ təmayülü deformasiyaya uğradı və bu kəsim üçün də ənənəvi qəsbkarlıq xislətindən irəli gələn motivlər önə keçdi. 

Bəli, bütün bunlar, necə deyərlər, Nikol Paşinyanın yastığının altından çıxdı. Demə­li, baş nazir müharibənin başlanmasına görə, şübhəsiz, günahkardır. Ancaq, haqqında söz açdığımız 2016-cı ilin “Aprel müharibəsi”ni və həmin hərbi toqquşma ilə çoxillik erməni planlarının iflası reallığını nəzərə alsaq, dü­şünmək mümkündür ki, Azərbaycan hər bir halda öz torpaqlarını qaytarmaq üçün qətiy­yətli və sərt addımlara əl atacaqdı. Çox gü­man, Paşinyan bunu bilirdi. 

Deməli, Nikolun başlıca səhvi onu ha­kimiyyətə gətirən ideoloji tezislərə sadiqlik göstərməməsi, özünün erməni xislətinə ye­nik düşməsi oldu. Əslində, o dövrün proses­lərini incələyəndə onu da söyləmək olar ki, Paşinyan yox, hər hansı digər qüvvə iqtidara gəlsəydi belə, sarkisyanların, koçaryanların və elə oskanyanların da uzun müddət dalana dirədikləri, səmərəsiz məcraya saldıqları da­nışıqlar prosesini eyni “axar” ilə davam etdir­məyi bacarmayacaqdı. Çünki Azərbaycanın səbri tükənmişdi. Nikol bunu da hiss etdi və adekvat tədbir kimi destruktivliyi seçdi. Hər halda, o, 2018-2020-ci illərdə keçmişdəki nizamlama gündəliyi ilə bağlı hazırda səs­ləndirdikləri məqamların təhlilini aparmamış olmazdı. Aparmışdı, lakin sağlam düşüncəyə yox, instinktiv davranışa üstünlük vermişdi. 

Yeri gəlmişkən, V.Oskanyan da Niko­lun instinktiv davrandığını bildirir və bu­nun yanlışlığı üzərində dayanır. “Dövlət və beynəlxalq münasibətlərdə insan instinkt və hisslərinin yeri yoxdur. Konstitusiya, qa­nunlar, beynəlxalq münasibətlərdə yazılı və yazılmamış normalar var. 2018-ci ilin apre­lindən sonra Ermənistanda və onun ətrafında baş verənlər, nə olursa -olsun, ölkənin birinci şəxsinin, baş komandanın və xarici siyasətə cavabdeh olan yeganə şəxsin uğursuzluğu­nun nəticəsidir”, – deyən erməni sabiq XİN rəhbərinin dedikləri aydın havada ildırım ef­fekti yaratmasa da, məsələyə soyuq yanaşma baxımından tutarlı sayıla bilər. 

Oskanyanın söylədikləri həm də ona görə tutarlıdır ki, prinsipcə Paşinyanın 44 günlük müharibəyə görə bəhanəsi olmamalıdır. Nikol hazırda ölkəsindəki xəstə axına qarşı üzdüyü kimi, müharibədən əvvəl də bunu bacarmalı idi. Bu, ən azı böyük insan itkisindən qaçmaq imkanı verərdi. Hərçənd, hazırda müharibə­dəki acınacaqlı və rüsvayçı məğlubiyyətə rəğmən, yenə iddialarından qalmayan qövmü görürük. Onu da düşünürük ki, həmin qövm Nikolun öz siyasi platformasının vacib tezi­sinə riayət etməsinə heç o zaman da imkan tanımayacaqdı. Ola bilər, baş nazir inqilabi eyforiyasının həmin gerizəkalılar qarşısında yenik düşə biləcəyindən qorxub. Amma, necə deyərlər, qorxunun əcələ faydası yoxdur... 

Burada bir vacib məqamı da vurğulama­ğa ehtiyac var. Bir qədər öncə N.Paşinyanın hakimiyyətə həm də anti-Qarabağ tezislərinə görə gəldiyini vurğuladıq. Həmin tezislərə üstünlük vermək sıravi erməni xalqının se­çimi idi. Ancaq nəzərə alaq ki, Paşinyanın hakimiyyət kluarlarına siyasi köçünə təkan vermiş küçələrlə, həmin kluarlar arasında uçurum var idi. Uçurum indi də qalmaqdadır. Yəni, faktiki olaraq, Paşinyanı hakimiyyətə gətirən xalqın mənafeləri ilə ölkənin siyasi elitasının baxışları üst-üstə düşmür. Ermənis­tandakı böhranın mənəvi-psixoloji və siyasi səbəbi məhz budur. Deməli, nəticəyə gəlmək mümkündür ki, Nikolun axına qarşı üzməsi elə də asan məsələ deyil. Ancaq bu amil ona təqsirsizlik prezumpsiyası qazandırmır. Çün­ki ilahi ədalət var. 

Paşinyanın o ədalətə doğru tipik erməni xəstəliyini hələ də öz üzərindən atmadan irə­liləməsinin səbəbi yalnız Azərbaycanın gü­cüdür. Bildirdiyimiz kimi, bu güc özünü hər bir halda göstərəcəkdi. Oskanyan və onun kimilərin səhvi isə bunu başa düşməmələrin­dədir. Çünki belələri üçün, nə olursa-olsun, Nikolun getməsi lazımdır. Bu səbəbdən var gücləri ilə baş nazirə qarşı çıxırlar. 

Keçmiş XİN rəhbəri bildirir ki, əgər Pa­şinyan sülh müqaviləsinin imzalanmasına nail olsaydı, Türkiyə və Azərbaycanla sər­hədi açsaydı, keçmiş Dağlıq Qarabağ Mux­tar Vilayətini müharibəsiz və itkisiz şəkildə, Ermənistanla birləşdirən dəhlizlə birgə saxla­saydı, kimlərisə ittiham etmək hüququ yara­nardı. Həqiqətən gülməlidir. Adam bu təfək­kürlə necə nazir olub, maraqlıdır...

Oskanyan unudur ki, Paşinyan bunu bacarsaydı, ölkədə hazırkı böhran olmazdı, üstəlik, baş nazir kimsəni ittiham da etməz­di. Digər tərəfdən, axı Oskanyanın da təmsil olunduğu Ermənistan iqtidarı Qarabağı ayrı­ca tutmadı, onu digər işğal olunmuş rayonla­rımızla bərabər müstəvidə saxladı. Bu məna­da Nikol tam düz deyir ki, ekslər adı çəkilən ətrafdakı yeddi rayonu özlərində saxlamağa inad etməklə, əslində, Qarabağı həmin əra­zilərlə eyniləşdirmiş oldular. 

Deməli, Oskanyan mənasız ritorikaya baş vurur. Onun Paşinyanın, guya, üç keçmiş prezidentdən yaxşı miras almasını söyləməsi də səfehlikdir. Çünki Nikolun miras aldığı böyük yük idi ki, onun ağırlığını müharibə ilə aradan qaldırmaq istədi, alınmadı. Paşin­yanın sözügedən istintaq komissiyasının icla­sında söylədikləri isə həm də, həmin ağırlığı öz üzərindən atmaq istiqamətindəki növbəti cəhdidir. 

***

Gələk, sonda bildirəcəyimizi vurğula­dığımız məqama. Yəni, Paşinyanın fikrinə Rusiyanın münasibətinə. Nikol iyunun 20-də 44 günlük müharibə ilə bağlı parlament istin­taq komissiyasının iclasında bildirmişdi ki, Azərbaycanın yeni tələblərinə görə, Moskva, faktiki olaraq, 19 oktyabr tarixi də (2020-ci il) daxil olmaqla, atəşkəs əldə edə bilməyib. Halbuki, Rusiya Prezidenti Vladimir Putin məhz Ermənistanı atəşkəsdən yayınan tərəf kimi göstərmişdi.

M.Zaxarova isə əvvəlcə bildirib ki, Er­mənistan parlament komissiyasının iclası ölkənin özündəki daxili siyasi proseslərin davamlılığı ilə bağlıdır. “Mən əmin deyiləm ki, biz bu daxili müzakirəyə şərh verməliyik. Ancaq, eyni zamanda, bildirməliyəm ki, ən yüksək səviyyədə konfidensial danışıqların detalları mənim səlahiyyətlərimdən uzaq­dır”,– deyən M.Zaxarova onu da əlavə edib ki, Ermənistandakı daxili siyasi müzakirələr nə qədər qızğın olsa da, həqiqət var və o, faktlara əsaslanır: “Məhz Rusiya 2020-ci ilin payızında Qarabağda atəşkəsə nail ola, regionda sülhü bərpa edə bildi və bu, kağız üzərində yazılıb. Bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatında qeyd olunub. Yaxşı, necə düşünmək olar ki, bu bə­yanatlar hər üç ölkənin öz inkişaf nəticələrinə əsasən qəbul edilib? Yoxsa, kimsə o zaman razılaşdırılanlardan imzasını geri götürmək istəyir? Mən düşünmürəm”.

Göründüyü kimi, Zaxarovanın Paşinya­nın bildirdiklərinə münasibəti, kifayət qədər diplomatik məzmun daşıyır. Eyni zamanda, rusiyalı xanım diplomat eyhamla sözünü də deyir və bildirir ki, əsas olan Paşinyanın atdı­ğı imzadır. Yəni, baş nazirin Rusiyanı ittiham etməsi düzgün deyil. Çünki, məhz, Moskva İrəvan üçün daha acınacaqlı perspektiv vəd edən müharibəni dayandırıb. Başqa sözlə desək, Paşinyan getsin şükür eləsin. Şükür eləsin və ağıllı olsun, müharibədən sonra nə etdiyini və nə etməli olduğunu düşünsün. Keçmişi isə Zaxarovanın fikrincə, tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Onun sözlərinə görə, müxtəlif ölkələrin daxili gündəmində olan bir çox məsələlər səslənib. Rusiya isə suveren ölkənin rəhbərliyinin dövlət adından rəsmi şəkildə ifadə etdiyi mövqeyə söykənir və bunu rəhbər tutur. 

Rusiya XİN sözçüsü onu da bildirib ki, diqqəti 2020-ci ilin hadisələrinə görə mə­suliyyət daşıyanların axtarışına yox, 2020–2022-ci illərdə ən yüksək səviyyədə hazır­lanmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsinə yönəltmək lazımdır. Zaxarova həmin sazişlərin, yəni üçtərəfli bəyanatların Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesi üçün fundamental, al­ternativsiz yol xəritəsi olduğunu vurğulayıb ki, bunun Rusiyanın hazırkı baxışını təşkil edən prinsip məqam olduğu aşkardır.

Belə nəticəyə gəlmək mümkündür ki, Moskva Paşinyanın 44 günlük müharibə müstəvisindəki anti-Rusiya tezislərini Er­mənistanın üçtərəfli bəyanatlar məntiqindən uzaqlaşmaq niyyəti kimi görməkdədir. Zaxa­rova isə fikirləri ilə buna qarşı immunitet formalaşdırmağı hədəf seçir. Onun diqqətə çatdırdığımız iqtibasdakı “Yoxsa, kimsə o zaman razılaşdırılanlardan imzasını geri gö­türmək istəyir?” fikrini isə Kremlin Paşin­yana xəbərdarlığı kimi də qiymətləndirmək mümkündür. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət