“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir”.
Bu barədə Azərbaycan XİN-in tviter hesabında etdiyi paylaşımda deyilir.
“Azərbaycan Konstitusiyası, tərəfdar çıxdığımız beynəlxalq sənədlər, milli qanunvericiliyimiz buna zəmin yaradır”, – deyə məlumatda qeyd olunub.

