Ermənistan Rusiyaya niyə etirazını bildirib?

post-img

Ötən gün Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutaraq təxribat törədən ermənilər nədənsə Rusiyaya kəskin narazılıqlarını bildiriblər.

Bu gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xa­rici İşlər Nazirliyinə çağırılıb.

"Bu gün Xarici İşlər Nazirliyində Rusiya Federasiyasının səfiri ilə ke­çirilən görüşdə Ermənistanın bu in­sidentlə bağlı kəskin narazılığı ifadə edilib. Xarici İşlər Nazirliyi vəziyyəti aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görməyə çağırıb", - deyə Ermənistan XİN-in məlumatında bil­dirilir.

Təxribatın Ermənistan Silahlı Qüvvələri tərəfindən törədildiyini nəzərə alsaq, İrəvanın Rusiyaya qarşı ittihamı çaşqınlıq yaradır.

“Xalq qəzeti”

Siyasət