“Görünür, Fransanın xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", – deyə Ayxan Hacızadə Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib.
Xatırladaq ki, Fransa xarici işlər naziri verdiyi bəyanatda Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumub.