Ukraynanın İrpend şəhərindəki akademik Zərifə Əliyeva adına Humanitar Xarici Dillər Liseyi nin direktoru Valentina Antonenko dünya şöhrətli oftalmoloqun anadan olmasının 100 illiyi münasibətilə Naxçıvanda səfərdə olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən görüşdə Ali Məclis sədrinin müavini Anar İbrahimov qonağı salamlayıb, – Azərbaycan dostluq münasibətlərindən bəhs edib. O bildirib ki, İrpendə fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyi ölkələrimiz və xalqlarımız arasındakı dostluğun bariz nümunəsidir. Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanımın xatirəsi xalqımız, eləcə də ukrynalılar üçün əzizdir.
Təhsil naziri Rəhman Məmmədov Zərifə xanım Əliyevanın adını daşıyan İrpen Humanitar Xarici Dillər Liseyi ilə Şahtaxtı kənd tam orta məktəbinin əlaqələrindən danışıb, bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Valentina Antonenko isə Azərbaycanın Ukraynaya humanitar yardımlarını xatırladaraq buna görə Azərbaycan rəhbərliyinə, xalqına minnətdarlığını bildirib. Sonra Valentina Antonenko Kəngərli rayonunun Şahtaxtı kəndində yerləşən akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində olub. Alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıqdan sonra qonaq qeyd edib ki, 15 ildir ki, rəhbərlik etdiyi lisey akademik Zərifə Əliyevanın adını daşıyır.Burada alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də akademik Zərifə xanımın adını daşıyır. Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyində yeni tədris ilindən Azərbaycan dilində də dərs keçiləcək.
“Xalq qəzeti”