Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

post-img

Azərbaycan Respublikasının Mü­dafiə Nazirliyinin məlumatına əsasən, iyunun 13-də Ermənistan silahlı qüv­vələrinin bölmələri Azərbaycan Ordu­sunun Naxçıvan Muxtar Respublika­sının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yer­ləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşı­sının alınması məqsədilə ordumuzun bölmələri tərəfindən müvafiq cavab tədbirləri görülüb.

Ermənistan tərəfinin bu növbəti hərbi təxribatını qətiyyətlə pisləyir və Ermənis­tan tərəfindən son zamanlar daha da artan təcavüzkar ritorikasından əl çəkməyi və bölgədə gərginliyi artıran bu kimi addımla­ra son qoymağı tələb edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Na­zirliyinin bəyanatında bildirilib. 

Qeyd olunub ki, bununla yanaşı, guya Azərbaycanın Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəf alması barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyət­lə rədd edirik.

Azərbaycanın təxribat törətməklə Er­mənistanda sərmayələrin cəlb edilməsinə mane olmaq məqsədi daşıdığı barədə id­diaya gəldikdə qeyd edək ki, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürməklə və Azərbaycanın ərazilərini 30 ilə yaxın işğal altında saxlamaqla özünütəcrid siyasəti yürüdüb, bununla da bütün bey­nəlxalq layihələrdən kənar qalıb. Öhdəlik­lərinə zidd olaraq bölgədə iqtisadi inkişafa təkan verəcək kommunikasiya xətlərinin açılmasına hər vəchlə mane olan tərəfin də Ermənistan olduğu hər kəsə məlumdur. Bununla əlaqədar, Ermənistan tərəfinin id­dialarının heç bir əsası yoxdur.

Siyasət