Ombudsman Şuşa həbsxanasında törədilmiş kütləvi qətliamı ittiham edir

post-img

Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Şuşa həbsxanası ərazisində kütləvi məzarlığın aşkarlanmasına münasibət bildirib.

Təəssüflə vurğulanıb ki, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozmaqla törətdiyi cinayətlərə dair faktların sayı bununla məhdudlaşmır. Ermənistan tərəfi bu məsələdə də öz məsuliyyətindən boyun qaçıraraq kütləvi dəfn yerləri barədə məlumatların təqdim edilməsindən yayınıb.

“Azərbaycan ombudsmanı olaraq, bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının, insan hüquq və azadlıqlarının kobudcasına pozulmasını sübut edən bu kimi hallarla bağlı Ermənistana qarşı zəruri tədbirlər görməyə və itkin düşmüş soydaş­larımızın taleyi barədə məlumatların əldə edilməsi ilə əlaqədar dəstək verməyə çağı­rıram”, – deyə S.Əliyeva qeyd edib.

“Xalq qəzeti”

Siyasət