Fransa Prezidentinin açıqlaması tərəflərin mövqeyini təhrif edir

post-img

“Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə təhlükəsizliyə və sabitliyə heç də müsbət töhfə vermir.”

Bunu Xarici İşlər Nazirliyinin mətbu­at katibi Ayxan Hacızadə Fransa Prezi­denti Emmanuel Makronun Azərbaycan və Ermənistan liderləri arasında Kişi­neuda keçirilən görüşünün nəticələrinə dair yayılmış bəyanatına cavab olaraq deyib.

Ayxan Hacızadə bildirib ki, Kişi­neuda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublika­sının Prezidenti və Ermənistanın baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görü­şün yekunları üzrə mətbuata açıqlama, ənənəyə uyğun olaraq, Brüssel forma­tının təşkilatçısı kimi Şarl Mişel tərəfin­dən verilib.

Daha sonra Fransa Prezidenti tərə­findən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir.

“Xalq qəzeti”

Siyasət