Zəngəzur yolu Moskva müzakirəsində

post-img

İyirmi birinci əsrin İpək Yolunun üstündə inşa edilən Zəngəzur dəhlizinə Rusiyanın xüsusi maraq göstərməsi təəccüblü deyil. Dünən Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşü başlayıb.

Bu barədə verilən məlumatlarda bildirilib ki, görüşdə Azərbay-canla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirəyəçıxarılacaq. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasi­ya ilə bağlı ilkin razılığın əldə edildiyini açıqlamışdı. 

Ümumən, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədə əsasən yaradılan üçtərəfli işçi qrupunun hazırda gündəliyində duran əsas məsələlər iki ölkə arasında kom­munikasiyaların açılması, sərhəd keçid rejimlərinin bərpası, eləcə də Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Mə­lumdur ki, Moskva üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun olaraq, Zəngəzur dəhlizinə nəzarəti öz əlində cəlməşdir­mək istəyir. 

Bəli, gələcəkdə transmilli layihəyə çevrilməyə iddialı bu marşrutla bağ­lı Rusiyanın mövqeyi və rolu olduqca önəmlidir. Amma Brüssel və Vaşinqton platformalarında kommunikasiya xət­ləri üzərində suverenlik prinsipi əsas götürülür. Bu prinsiplə Kremlin məlum iddiaları arasında fikir ayrılıqlarına son qoyulmalıdır. Həmçinin, bu məsələ­də Bakı və İrəvan arasında bir çox is­tiqamətlərdə konsensus var. Görünən odur ki, Moskvanın müəyyən güzəşt­lərə gedəcəyi təqdirdə, tərəflər arasın­da razılıq əldə edilə bilər. 

Yeri gəlmişkən, Azərbaycanın Tür­kiyədəki səfiri Rəşad Məmmədov yerli telekanala müsahibəsində Zəngəzur dəhlizi layihəsi ilə bağlı maraqlı açıqla­ma verib. “Zəngəzur dəhlizinin açılma­sı Ermənistanın özünü təhlükəsiz hiss etməsi üçün də vacibdir”, – deyən səfir bildirib ki, bu dəhliz Türkiyənin Şərqlə Qərb arasındakı əlaqəsini təmin edə­cək. Onun açılması ilə, eyni zaman­da, Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”. Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi Er­mənistanın inkişafı, gələcəyi üçün əhə­miyyətlidir: “Ermənistan son 30 ildə bir çox layihədən məhrum oldu. Həmin layihələr onun ərazisindən yox, Gür­cüstandan keçərək, Türkiyəyə, Qara dənizə və Aralıq dənizinə çatdı. Ermə­nistan bu layihədən də kənarda qalsa, həyata keçirə biləcək başqa proyekti qalmayacaq”.

“Xalq qəzeti”

Siyasət