ABŞ Rusiya–İran dəmir yolu sazişindən narahatdır

post-img

ABŞ iki gün əvvəl Tehranda İran və Rusiya arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı mzalanmış sazişlə bağlı mövqeyini açıqlayıb. Çərşənbə günü Dövlət Departamenti bildirib ki, Rusiya və İran arasında dəmir yolu ilə bağlı sonuncu sövdələşməni “izləyəcək və ona xüsusi diqqət yetirəcək”. 

Sanksiyalardan yayınmağa yönəl­miş istənilən cəhdlər ciddi narahatlıq doğuracaq və “ABŞ tərəddüdsüz növ­bəti addımları atacaq”, – deyə mətbuat katibinin müavini Vedant Patel bildirib. 

ABŞ Dövlət Departamentinin rəs­misi deyib: “Mənim bu layihə ilə bağlı fikrim yoxdur, amma belə ciddi sanksi­ya rejimi tətbiq etməyimizin səbəbi var və onlardan yayınmağa yönəlmiş istə­nilən cəhdlər bizdə böyük narahatlıq doğurur”, – deyə o qeyd edib.

“Xalq qəzeti”

Siyasət