Prezident: Azərbaycanın ərəb ölkələri ilə münasibətləri uğurla və hərtərəfli inkişaf edir

post-img

Ulu Öndər Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verib, həmin siyasət bu gün də davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib.

Ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini vurğulayan dövlətimizi başçısı ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirib. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd edib.

Siyasət