Hərbi attaşelər Ermənistanın təxribatı barədə məlumatlandırılıb

post-img

Dünən Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi­nin rəisi general-mayor Hüseyn Mahmu­dov mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı si­lahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətməsi barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, mayın 11-i və 12-də qarşı tərəf təxribatlarını genişləndirərək vəziy­yəti daha da gərginləşdirmək məqsədilə iriçaplı silahlar, minaatanlar, daha son­ra isə D-30 toplarından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərə­findən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqe­yinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları da tətbiq edilib.

Xarici nümayəndələrə Ermənistan si­lahlı qüvvələrinin təxribatlarını əks etdirən videogörüntülər təqdim olunub.

Nümayəndələri maraqlandıran suallar cavablandırıldıqdan sonra onlara PUA-la­rın qalıqları əyani nümayiş etdirilib.

Siyasət