XİN fransalı nazirə cavab verib

post-img

Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avro­pa və xarici işlər naziri Katrin Kolonanın “France Inter” ictimai radio kanalına ver­diyi müsahibə zamanı Azərbaycana qar­şı səsləndirdiyi fikirlərə dair yerli media­nın sualına cavabında deyib.

“Fransa nazirinə bir daha xatırlatmaq istərdik ki, Qarabağ bölgəsi Azərbay­canın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir. Bu­nunla yanaşı, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlə­rin artıq şəffaf şəkildə hər iki istiqamət­də keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. Azərbaycan öz sərhədlərinin mühafizə­sini və bu sərhədlərdən keçidi ölkə qa­nunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir. Fransa tərəfi sülhə və sa­bitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymalıdır”, – deyə Ayxan Hacızadə əlavə edib.

Siyasət