Prokurorların İstanbul Konfransı başa çatıb

post-img

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbul şəhərində işgüzar səfərdədir.

Mayın 4-də nümayəndə heyəti tərə­findən ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Sarıyerdəki abidələri ziyarət edilərək, əziz xatirələri ehtiramla yad edilib.

Baş Prokurorluğun mətbuat xidmə­tindən bildirilib ki, beynəlxalq konfransın bağlanış sessiyasında yekun nitqi ilə çıxış edən Baş prokuror Türkiyə tərəfinə yüksək qonaqpərvərliyə və peşəkar təşkilatçılığa görə təşəkkürünü ifadə edərək, 21-ci əs­rdə rəqəmsal cinayətkarlıqla mübarizədə prokurorların beynəlxalq əməkdaşlığının vacib rolunu bir daha qeyd edib.

Elə həmin gün Kamran Əliyev türkiyəli həmkarı Bekir Şahinlə ikitərəfli görüş ke­çirib. Görüşdə 2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dövlətləri Təş­kilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ikinci iclasının cari ilin noyabr ayında Ankara şəhərində təşkil olunması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Həmçinin İstanbul şəhər Baş pro­kuroru Şaban Yılmazla keçirilən görüş­də cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa, nümayəndə heyə­timiz Səudiyyə Ərəbistanı, Mərakeş, Tayland, Gürcüstan, Bəhreyn, Avstriya, Bolqarıstan və digər xarici həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Səfər çərçivəsində “Baykar” zavodu­nu ziyarət edən Baş prokuror şirkətin rəh­bəri Selçuk Bayraktarla görüşüb. Kamran Əliyev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəh­bərliyi altında Vətən müharibəsi zamanı düşmən texnikasının məhv edilməsində şirkətin istehsal etdiyi məhsulların xüsusi rolunu vurğulayaraq Türkiyənin müdafiə sənayesinin çox böyük nailiyyətlər əldə etdiyini qeyd edib.

Nümayəndə heyətinin Türkiyə Res­publikasına işgüzar səfəri başa çatıb.

“Xalq qəzeti”



Siyasət