Bakı Dövlət Universiteti İKT və laboratoriya avadanlıqlarının, uyğun reagentlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

post-img

Lot – 1. İKT və laboratoriya avadanlıqlarının, uyğun rea­gentlərin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender işti­rakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.İştirakçılar əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal ra­yonu, akademik Zahid Xəlilov küçəsi 33 (əlaqələndirici şəxs- NAİLƏ ƏSGƏRLİDƏN, telefon : +994125391536) ünvandan ala bilərlər.

• İştirak haqqı 2200 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

• Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təş­kilatın bank rekvizitləri:

H/h-AZ32AIIB33070019443307872103

VÖEN: 1300489621

Bank: “Kapital Bank” ASC-nin 1 saylı Yasamal filialı

Kod- 200037

VÖEN- 9900003611

M/h- AZ37NABZ01350100000000001944

SWIFT: AIIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qey­diyyatdan keçdiyi ölkə və rekvizitlər.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü.

4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 90 bank günü.

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin ol­maması haqqında müvafiq vergi orqanından arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqan­ları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qey­diyyatdan keçdiyi ölkə və rekvizitləri.

9. Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər:

1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (şirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı formada zərfə əlavə edilməlidir); 

2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş ara­yış; 

(tender elanı tarixindən sonrakı tarixə Bank tərəfindən təq­dim olunmalıdır -məktubun əsli əlavə edilməlidir); 

3. Malgöndərənin (podratçının) vergilərə və digər icba­ri ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə ye­tirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar (müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya həmin sənədin notarial təsdiq olunmuş forması zərfə əlavə edilməlidir); 

4. Malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; (mənfəət vergisinin bəyannaməsi 2022-ci ilin yekunlarına aid)- Hesabat yalnız vergi orqanı tərəfindən təsdiqlənmiş məktubla (əsli ilə ) birlikdə təqdim edilməlidir. Məktub elektron qaydada əldə edildiyi zaman həmin məktub notarial təsdiq olunmuş forması zərfə əlavə edilməlidir. 

5. Malgöndərənin (podratçının) mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd (statistika komitəsi tərəfindən təqdim edilmiş sənəd olmalıdır); 

6. Malgöndərənin (podratçının) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilə­rini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məş­ğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyin­dən və ya ASAN Xidmət Mərkəzlərindən (məhkumluqla bağlı arayış) tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayışı zərfə əlavə etməlidir (əgər təsisçi direktor deyilsə satınalma müqaviləsini imzalamaq səlahiyyəti olan şəxsin tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayışı zərfə əlavə etməlidir.); 

7. Malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti da­yandırılmış şəxs olmaması barədə sənəd (malgöndərən (pod­ratçı) uçotda olduğu vergi orqanından tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış (əgər məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təs­diq olunmuş forması ) zərfə əlavə edilməlidir.); 

8. Malgöndərənin (podratçının) öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabi­liyyəti olması barədə sənəd (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış (əgər məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması ) zərfə əlavə edilməlidir.); 

9. Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (malgöndərənin (podratçının) kommersiya qurumu­nun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əmək müqavilənin bildirişi və ya müvafiq səla­hiyyətlərin verilməsi barədə etibarnamə, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surə­ti və rekvizitləri (hüquqi və faktiki ünvan göstərilməklə rəsmi blankda imzalı (möhürlü) formada təqdim olunmalıdır);

10. Malgöndərən (podratçı) işin icrası üçün müqavilə im­zalayacağı subpodratçı barədə məlumatları (yuxarıda qeyd olunan meyarlara uyğun) zərfə əlavə etməlidir (subpodratçı cəlb edəcəyi təqdirdə). Malgöndərənlərin (podratçıların) ixti­sas göstəricilərinə aid tələb olunan sənədlər: 

1. Malgöndərənin (podratçının) və cəlb olunacaq subpod­ratçının müvafiq sahədə peşəkarlığı və təcrübəsi anoloji iş­lərə aid (İKT avadanlığı və laboratoriya avadanlığı, kimyəvi vasitələr və yaxud reagentlər) oxşar müqavilələr (işin yerinə yetirilməsi ilə bağlı təsdiqedici sənədlər də qapalı zərfə əlavə edilməlidir) 

2. Maddi-texniki baza - a) Malgöndərən (podratçı) tərə­findən cihazların və avadanlıqların – CE (Certificate of Ex­cellence) sertifikatı təqdim olunmalıdır. b) Malgöndərənin (podratçının) malların saxlanılması üçün mülkiyyətində və ya istifadəsində anbarın mövcudluğu; (təsdiqedici sənədlər qapalı zərfə əlavə edilməlidir) c) İddiaçının mülkiyyətində və ya istifadəsində olan yükdaşıyan nəqliyyat vasitəsinin olması; (təsdiqedici sənədlər - qapalı zərfə əlavə edilməlidir)

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınal­maları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənəd­ləri (tender təklifi və bank təminatı istisna olmaqla) 9 iyun 2023-cü il saat 17.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 iyun 2023-cü il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxt­dan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçıların təklifləriı 23 iyun 2023-cü il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli ünvanda açılacaqdır. 

Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

 

Tender komissiyası

Reklam və elan