Maliyyə naziri: Dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb

post-img

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkə qarşısında duran vəzifələrin icrası üçün dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, əsas istiqamətləri Prezident öz çıxışında göstərib: "İlk növbədə, Böyük Qayıdış proqramını əhatə edən layihələrin maliyyələşdirilməsi sürətlə həyata keçirməkdədir. Digər tərəfdən ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi. Bunun üçün də əlavə vəsaitə ehtiyac var. Həmin məqsədlə büdcəyə yenidən baxılması nəzərdə tutulub", - deyə maliyyə naziri əlavə edib.

İqtisadiyyat