XİN: Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhdidləri məsələsindən boyun qaçırması təəssüf doğurur

post-img

Ermənistan tərəfinin Azərbaycana qarşı son 30 ildə törətdiyi mina təhdidləri məsələsindən boyun qaçırması və öhdəliyi öz üzərindən atması təəssüf doğurur.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində bildirilib.

Qeyd edilib ki, məsələ üzrə sonuncu Məhkəmə dinləmələri bir daha göstərib ki, Ermənistanın mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Eyni zamanda, mina məsələsində mahiyyət üzrə qərarın sonrakı dövrə saxlanılması barədə Məhkəmənin qərarının, Məhkəmənin məsələni rədd etməsi kimi qələmə verilməsi tamamilə yanlışdır. Bu müvəqqəti qərarın Ermənistanı, Azərbaycan ərazilərində minalar və mina tələlərinin yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmədiyi bəllidir.

Siyasət