Aİ-nin komissarı: Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi

post-img

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta yetirdi.

AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində deyib.

“Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfindən təchiz olunan enerji təchizatı həlledici oldu. Komissiya Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üçün əlavə səyləri dəstəkləyir”, - deyə Aİ-nin komissar bildirib.

Siyasət