Azərbaycan Bayrağını yandırmaqla ermənilər "Ermənistan" adlı şər yuvasının gələcəyini də yandırdılar – Siyasi ekspert

post-img

Ermənistanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması nifrət, kin və milli natamamlıq kompleksinin, acizliyin, qorxaqlığın bariz nümunəsidir. Bu hadisə erməni xəstəliyinin müalicəyə tabe olmadığını bir daha sübuta yetirir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycan Bayrağını yandırmaqla ermənilər "Ermənistan" adlı şər yuvasının gələcəyini də yandırdılar.

“Qitə əhəmiyyətli idman yarışında iştirakçı dövlətin bayrağının yandırılması tarixdə misli görünməmiş bir alçaqlıq, şərəfsizlik nümunəsidir. Bu, evinə çağırdığın qonağın malına, canına qəsd etmək qədər miskin bir davranışdır”, - deyə siyasi ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsi qadağan edilməlidir.

Bütün dost dövlətlərə, o cümlədən türk və müsəlman ölkələrinə müraciət etmək lazımdır ki, bundan sonra Ermənistanda keçiriləcək tədbirləri boykot etsinlər. Ermənistanın sülhə layiq ölkə olmadığını bildirən Elçin Mirzəbəyli deyib: “Əmin olmaq lazımdır ki, ermənilər harada yaşamasından asılı olmayaraq, xəyanətlərinə, alçaqlıqlarına davam edəcəklər. “Ermənilərin nə zamansa adam olacaqları" kimi bir perspektivin üzərindən isə birdəfəlik xətt çəkmək lazımdır. Olmayacaqlar! Atacağımız addımları da buna görə müəyyənləşdirməliyik”.

Siyasət