Ermənistanın əsir və girovlarla bu formada rəftarı ilk belə hadisə deyil.
AZƏRTAC xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov söyləyib.
O deyib: “Birinci Qarabağ müharibəsi zamanı 3890 nəfər Azərbaycan vətəndaşı əsir və girov götürülüb. Onlardan 98-i qadın, 29-u uşaq, 112-si isə ahıl şəxs olub. Həmin şəxslərin aqibəti barədə qarşı tərəf bu vaxta qədər heç bir məlumat verməyib”.
Zaur İbrahimov vurğulayıb ki, biz bu son məsələ barədə də beynəlxalq təşkilatlardan çevik reaksiya gözləyirik. Hesab edirik ki, hələ reaksiya gecikib. Ermənistanın məsuliyyətinə cavabdehlik xüsusi vurğulanmalı, beynəlxalq təzyiq gücləndirilməlidir.