İran fəaliyyəti ilə müqəddəs İslama ləkədir!

post-img

Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də pərişan edir və bundan onların elə düşməncəsinə fəalliyyətləri özünü qabarıq büruzə verir.

Respublikamızda hüquq-mühafizə orqanlarının apardığı əməlliyarlara diqqət yetirəndə məlum olur ki, ifşa olunan bütün şəbəkənin arxasında İran dayanır, bu, ilk və son deyil. Müstəqillik illərindən bugünümüzə qədər  İranın ölkəmizlə apardığı düşmənçilik fəaliyyətini bütün istiqamətdə  görür, hiss edirik. Narkotiklərin qanunsuz dövriyyəsi, sifarişli qətllər, terror, dini ekstremizmin qızışdırılması, məzhəb diskriminasiyası  İranın ölkəmizdə fəaliyyətinin tərkib hissələridir.

Bundan başqa, İranın Azərbaycanın düşmənlərinə qucaq açmasının, öz əxlaqında olan Ermənistanı himayə etməsinin 30 ildir şahidi oluruq. Aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiyanın  təşkil olunması, saxta və uydurma ittihamlar üzərində qurulan iyrənc bəyanatın qəbulu mənəviyyatsızlığın, siyasi əxlaqsızlığın son həddi olmaqla yanaşı, ölkəmizə qarşı düşmənçilik fəaliyyətinin rəsmi davamı idi.
İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılması cənub qonşumuzun yuxusuna haram qatlb. Başa düşmək istəmirlər ki, bu, Azərbaycanın suveren hüququdur. Amma Azərbaycan heç bir səbəb olmadan İranın Ermənistanın Qafan şəhərində ilk baş konsulluq açmasından qəti narahat olmamışdı. Rəsmi Bakı məsələyə iki ölkənin daxili işi kimi yanaşmışdı və terroru hədəf götürməmişdi, sui-qəsdlər, dini radikalzm fonunda İranı qarışdırmaq niyyətini ortaya qoymamışdı, sərsəm bəyanatlar səsləndirməmişdi.
Ona görə də real mənzərəni özündə əks etdirən Milli Məclisin məlum bəyanatı daha tutarlı cavab oldu.


Ölkəmizdə qarışıqlıq yaratmaq arzu kimi  İranın ürəyində qalacaq. İran fəaliyyiəti ilə düşünürsə ki, bu cür iyrənc, insanlığa zidd əməllərlə Azərbaycanı tutduğu yoldan döndərə biləcək, yanılır. Qüdrətimiz qarşısında İran və onun qurduğu casus şəbəkəsi cılız görünür. İran anlamalıdır ki, heç bir güc, heç bir terror təhdidi ilə  Azərbaycanı tutduğu yoldan döndəmək mümkün olmayacaq. Heç kim Azərbaycanla təhdid dilində danışa və onu yolundan döndərə bilməz. Bu söz yox, bugünkü dünya düzəninin və geopolitik durumunun ortaya  qoyduğu reallıqdır. Azərbaycan dövlətinin suverenliyə və milli təhlükəsizliyə qarşı yönələn hər bir addıma qarşı cavabı öldürücü ola bilər!
Yaxşı olar ki, adını çəkdiyimiz və yazdığımız halda bu ölkəyə İslam sözünü yapışdırmayaq. Realıq onu göstərir ki, terroru, haramı, şər-şəbədəni dövlət siyasəti seçmiş İran fəaliyyəti ilə müqəddəs İslama ləkədir! Ləkə isə hər zaman ürək bulandırır!


Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
tibb elmləri doktoru

Siyasət