Laçın yolu xoş niyyətlərə açıqdır

post-img

Dünən buradan 122 avtomobil maneəsiz keçib

Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, kommunikasiya xətlərinin açılmasına mane olur. Laçın yolundakı aksiyaya qarşı çıxanlar bu öhdəliyin icrasını tələb edirlər. Əlbəttə, silahların daşınmasına dair məlumatlar dəqiqdirsə, deməli, burada Rusiya sülhməramlılarının da rolu var. Bu fikirləri Azərbaycan mediasına müsahibəsində ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı, məşhur politoloq Pol Qobl deyib. 

Laçın–Xankəndi yo­lunda davam edən aksiya Azərbaycanın haqq səsinin dünyaya çatdırlması, er­məni ekoloji cinayətlərinin beynəlxalq müstəvidə ifşası baxımından mühüm əhə­miyyətə malikdir. Bu aksi­ya göstərdi ki, Azərbaycan xalqı ona məxsus təbii sər­vətlərin talan edilməsinə im­kan verməyəcək! Xalqımız öz sərvətlərinə sahib çıx­maqda qərarlıdır və aksiya­nın fasiləsiz şəkildə davam etdirilməsi, günü-gündən genişləndirilməsi buna nü­munədir.

Analitik düşüncə korlu­ğundan əziyyət çəkən Er­mənistan qəsdən aksiyanı blokada kimi təqdim edir. Azərbaycan üçtərəfli bə­yanatla üzərinə düşən öh­dəliklərinə əməl edir. Belə ki, Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Hər gün həmin yoldan on­larca nəqliyyat vasitəsi ke­çir. Yoldan silah-sursatın, minaların və s. daşınması isə yolverilməzdir. Bu hərbi vasitələrlə dinc vətəndaşla­rımızın ölməsini seyr etmək fikrimiz yoxdur.

Dünən Xankəndi-Laçın yolunda 60-dan çox nəq­liyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarına məxsus dörd avtomobil maneəsiz keçib. Həmin av­tomobillərin içərisində Qa­rabağda yaşayan erməni ailələri də olub. 

Sülh gündəliyinin irəli aparılması üçün Azərbay­can hər zaman təşəbbüs göstərib. Sülh müqaviləsi­nin bütün prinsipləri də qar­şı tərəfə təqdim edilib. Lakin yenə də son günlər Ermə­nistanın manipulyasiya xa­rakterli davranışları müşahi­də olunur, bölgədə revanşist meyillər gözə çarpır.

“Qonşun pisdirsə köç qurtar…” deyiminin Azər­baycan–Ermənistan qonşu­luğuna heç bir aidiyyəti yox­dur. Çünki biz bu ərazilərin əzəli və əbədi sakinləriyik. Dünyanın heç bir yerində yurd-yuva salmayan köçə­ri ermənilər havadarlarının köməyi ilə bizim əraziləri­mizdə məskunlaşıblar. Yal­varışlarına acıyaraq, oca­ğımızın istisinə isinməyə şərait yaratdığımız ermə­nilər az sonra özlərini bu ərazilərin sahibləri hesab etməyə başlayıblar.

Ekoloqlarımızın, QHT-nin, vətəndaş cəmiyyəti­nin fəalları inad göstərir, məqsədə çatmaq üçün hər cür çətinliyə tab gətirməyə hazırdırlar. Aksiyaçılar tələb edirlər ki, öz torpaqlarımızda gedən proseslərdən xəbər­dar olmalıyıq, sərvətlərimizə sahib çıxmalıyıq. Burada pis nə var? Torpaq sahibləri, öz haqlarını beynəlxalq hüquq səviyyəsində tələb edirlər. Bu, onların həm də konstitu­siyon hüququdur. Bu haqqı heç kim onların əlindən ala bilməz, buna hüquqları da çatmır. 

Azərbaycan gənci istə­mir ki, cinayətkarlar ərazimi­zi talasın, ekologiyanı, təbii sərvətləri korlasınlar. Ermə­nilər nə qədər yalan danış­salar belə, dünya ictimaiy­yətini çaşdırsalar da, artıq real vəziyyət göz önündədir. Gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cə­miyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qa­zıntı yataqlarının qanunsuz istismarının dayandırılması­nı tələb edirlər. Aksiya dinc etirazçıların nümayiş etdir­diyi yüksək əhvali-ruhiyyə ilə davam edir.

 

Rizvan FIKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət