Azərbaycan bölgədə aparıcı rola malikdir

post-img

İtaliya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəyə yüksəlməsi Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xid­məti idarəsindən qəzetimizə verilən məlumata görə, bu sözləri İtaliya Respu­blikası xarici işlər və beynəlxalq əmək­daşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda keçirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respubli­kası Xarici İşlər və Beynəlxalq Əməkdaş­lıq Nazirliyi arasında siyasi məsləhətləş­mələrin növbəti raundunda deyib.

Nazir müavini Edmondo Çirie­lli ölkələrimiz arasında mövcud olan çoxölçülü strateji tərəfdaşlıqdan məm­nunluqla danışaraq, münasibətlərimi­zin hazırkı səviyyəyə yüksəlməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu bildirib. Azərbaycanın bölgədə mərkəzi rola malik olduğunu, iki ölkə arasında geniş spektrli iqtisa­di gündəliyin mövcudluğunu, uzun illər Azərbaycanın İtaliya üçün mühüm enerji təchizatçısı olduğunu, Cənub Qaz Dəh­lizinin və onun tərkib hissəsi olan Trans Adriatik qaz boru kəmərinin fəaliyyətə başlamasından sonra Azərbaycanın İta­liyanın enerji təhlükəsizliyindəki rolunun daha da artdığını diqqətə çatdırıb.

“Xalq qəzeti”

Siyasət