Sülhməramlıların növbəti avtomobillərinin aksiya ərazisindən keçidinə şərait yaradılıb

post-img

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat və beş minik avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların iki təminat, bir evakuasiya və üç minik avtomobili Laçın istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Siyasət