Salvador Antonio Valdes Mesa: Azərbaycan Qoşulmama Hərəkatının inkişafı üçün böyük işlər görüb

post-img

Dostluq münasibətlərimizin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Fidel Kastro mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Salvador Antonio Valdes Mesa vurğulayıb ki, Azərbaycan COVID-19-a qarşı mübarizə kimi çətin bir dövrdə Qoşulmama Hərəkatına çox fəal və uğurla sədrlik edib və təşkilatın inkişafı üçün böyük işlər görüb, üzv dövlətlərə dəstəyini əsirgəməyib.

Siyasət