Laçın yolu hərbi yox, humanitar dəhlizdir

post-img

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda qızıl–mis yataqlarının qanunsuz istismarına qarşı Laçın–Xankəndi yolunda keçirilən etiraz aksiyası davam edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. 

Azərbaycan həqiqətləri dünya ic­timaiyyətinin diqqətinə çatdırılmaqda davam edir. Portuqaliyanın paytaxtı Lissabonda KAICIID Beynəlxalq Din­lərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 28-ci sessiyasında Şeyxülislam Allahşü­kür Paşazadə məruzə ilə çıxış edib. O, Laçın yolu ilə bağlı ölkəmizə qarşı səsləndirilən ittihamların yalan və iftira olduğunu vurğulayıb və iştirakçıların nəzərinə həqiqətləri çatdırıb.

Xarici mətbuatda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çər­çivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda suallara verdiyi cavablar diqqət mərkə­zindədir. Qeyd olunur ki, dövlətimizin başçısı Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı mü­zakirələrin aparılmasına razıdır. Lakin bu müzakirələri erməni icmasının Qa­rabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qa­rabağda rəhbər mövqe tutmaq üçün Rusiyadan “gizli yolla keçirilmiş” şəxslə yox. Bildirilir ki, Azərbaycan PrezidentiLaçın–Xankəndi yolunun blokada ol­madığını bəyan edir: “Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük av­tomobilləri keçib. Qarabağdan, demək olar ki, 100 pasiyent müalicə üçün Qır­mızı Xaç tərəfindən Ermənistana apa­rılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilə­rik?!”. 

Beynəlxalq münasibətlər üzrə ana­litik Masil Dəmirov qəzetimizə açıqla­masında bildirdi ki, cənab İlham Əliyev ekoaksiya ilə bağlı mühüm mesajları ilə dünya ictimaiyyətinin diqqətini əsl həqiqətlərə yönəltdi. Sözügedən ple­nar iclas zamanı bildirib ki, Qarabağ­dakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazı­rıq: “Prezidentimiz qeyd etdi ki, mütləq şəkildə Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yu­yulmasında əli olan şəxs – Ruben Vardanyan bizim ərazimizi tərk etsin. Çünki xüsusi gündəliklə göndərilmiş bu adam ərazilərimizi tərk etməyənə qə­dər danışıqlar ləngiyəcək”.

Analitik bildirdi ki, dövlət başçımız iclasda işlədilən “Dağlıq Qarabağ” ifa­dəsinə sərt reaksiya verərək xatırladıb ki, “Dağlıq Qarabağ” sözü artıq qüvvə­dən düşüb, Azərbaycanda “Dağlıq Qa­rabağ” adlı inzibati ərazi vahidi yoxdur.

M.Dəmirov qeyd etdi ki, Ermə­nistanın baş naziri Nikol Paşinyan isə iclasda həyasızcasına Laçın yo­lunun bağlı olduğunu, Qarabağın ermənilər yaşayan ərazilərində hu­manitar, eləcə də enerji və qaz böh­ranının baş verdiyini bildirib. Lakin faktiki olaraq yol açıqdır, buna şüb-hə ilə yanaşmaq olmaz. 

***

Dinc aksiyanın təşkil olunduğu ərazidən Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin sərbəst keçi­dinə şərait yaradılıb. Dünən, ümumilik­də, 70-ə yaxın humanitar yük daşıyan avtomobil yoldan keçib. Avtomobillərin içərisində erməniəsilli şəxslər ilə yana­şı, uşaq bezləri və qidalar da Xankən­diyə aparılıb. Bu, bir daha onu göstə­rir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət