Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Ələkbərov Nicat Vaqif oğlu – polkovnik

Abdulkərimov Tural Akif oğlu – polkovnik-leytenant

Əliyev Telman Elyaz oğlu – polkovnik-leytenant

Həsənov Əli Vaqif oğlu – polkovnik-leytenant

Qurbanov Anar İsa oğlu – polkovnik-leytenant

Məmmədov Xəyyam Loğman oğlu – polkovnik-leytenant

Ağayev Nemət Mir Tahir oğlu – mayor

Əliyev Rasim Nurməmməd oğlu – mayor

Quliyev Malik Əlipənah oğlu – mayor

Məhərrəmov Sətdar Razim oğlu – mayor

Niftəliyev Ayaz Tofiq oğlu – mayor

Məmmədov Bilal Şahin oğlu – kapitan.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2024-cü il

Sərəncamlar