Akademik Zərifə Əliyevanın anadan olmasının 101 iliyinə həsr olunmuş Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Bakı Dövlət Universitetində tibbi aksiya keçirib. Dördgünlük aksiya çərçivəsində 500-dək tələbə və müəllim oftalmolojı müayinə olunub.
Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və bir sıra başqa diaqnozlar aşkar olunub.
Aksiyanın keçirilməsində əsas məqsəd görmə patologiyalarının erkən aşkarlanması vasitəsilə diaqnoz qoyulmamış və ya müalicə olunmamış göz xəstəliklərindən yarana biləcək potensial problemlərin qarşısını almaqdır. Həmçinin tələbələr və professor-müəllim heyəti arasında mütəmadi olaraq göz müayinəsi və profilaktik tədbirlərin əhəmiyyəti haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.
Təcrübə göstərir ki, belə tibbi aksiyalar zamanı göstərilən müayinə və müalicə vasitələri pasiyentlərin həyat keyfiyyətinin və ümumi rifahın yaxşılaşmasına səbəb olur.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova, həkim-oftalmoloqlar Nuranə Nuriyeva, Rəvanə Həsənova, Sidiqə Əliyeva, Aynur Nəbiyeva, Aygün Səfərova və rezident Emin Ərəbov tərəfindən həyata keçirilib.
Milli Oftalmoligiya Mərkəzindən bildiriblər ki, tibbi aksiyada Səyyar klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov və təşkilat şöbəsinin işçiləri Leyla Qurbanova və Züıeyxa Yusifova da iştirak ediblər.
Zərifə HÜSEYNOVA
XQ