Xəsarət yetirilmiş şəxs xəstəxanaya çatdırılıb

post-img

Dekabrın 19-da gecə saatlarında Novxanı qəsəbəsi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti yayıb. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 1995-ci il təvəllüdlü E.Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

XQ

Səhiyyə